13.2., 13.3. Word pad və Bloknot Word pad və Bloknot sadə mətn redaktoru olub, mətn tipli informasiyanın yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulmuşdur.
13.4. Paint rəsm redaktoru S 13.7
adə rəsm redaktoru olub, rastr tipli şəkillərin çəkilməsi və redaktəsi üçün nəzərdə tutulmuşdur. Proqramın pəncərəsi aşağıdakı elementlərə malikdir: sərlövhə sətri, menyu sətri, alətlər paneli, rənglər paneli, rəsm sahəsi, vəziyyət sətri.
Alətlər qutusu aşağıdakı işləri görməyə imkan verir.
1 13.8
-Düz xəttin çəkilməsi. Bu məqsədlə qutudakı düz xətt (Линия) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik. Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk. Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.
2-Əyri xəttin çəkilməsi. Bu məqsədlə qutudakı əyri xətt (Кривая) alətini seçib, alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək , sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk. Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.Kursoru düz xəttin istənilən nöqtəsinə qoyub, mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirdikcə hərəkət istiqamətində düz xətt qövsvari əyiləcək.
3-Düzbucaqlı(kvadrat), ellipsis(çevrə) və ovalkünclü düzbucaqlı(kvadrat) fiqurların çəkilməsi. Bu məqsədlə lazım olan alətləri(Прямоугольник, Эллипс, Скругленный прямоугольник) alətlər panelindən seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk. Nəticədə hərəkət istiqamətində müvafiq fiqur çəkiləcəkdir.
Nəzərə almaq lazımdır ki, kvadrat, çevrə, ovalkünclü kvadrat çəkmək üçün yuxarıda qeyd edilən əməliyyatları Shift düyməsini sıxmaqla yerinə yetirmək lazımdır.
4- Çoxbucaqlının çəkilməsi. Lazım olan aləti (Многоугольник) seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik. Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk. Nəticədə hərəkət istiqamətində çoxbucaqlının tərəflərindən biri çəkiləcəkdir, digər tərəfi çəkmək üçün sol düymənin sıxılmasını bir an dayandırıb yenidən sıxmaqla kursoru hərəkət etdirmək lazımdır.Bu əməliyyatı bütün tərəflər çəkilənə qədər davam etdirmək lazımdır.
5- İxtiyari xəttin çəkilməsi. Aləti (Карандаш) seçib və mausun sol düyməsini sıxmaqla kursoru hərəkət etdirmək kifayətdir.
6 13.9
- Şəkilin rənglənməsi. Bu məqsədlə ilk növbədə istədiyimiz rəngi seçirik. Buna kursoru rənglər qutusunun müvafiq rənginin üzərinə qoyub və ya Выбор цветов alətini seçib, kursoru rəsmin bu və ya digər rənginin üzərinə qoyub mışkanın sol düyməsini bir dəfə sıxıb buraxmaqla nail olmaq olar. Bundan sonra aşağıdakı alətlərdən birini seçmək lazımdır.
Заливка – seçilmiş qapalı oblastı rəngləyir.
Распылитель – kursorun durduğu mövqeyə rəng çiləyir.
Кисть- aləti adi fırça funksiyasını daşıyır.
7- Rəsmin müəyyən hissəsinin silinməsi. Bu funksiyanı pozan (Ластик) aləti yerinə yetirir.
8- Rəsmin müəyyən hissəsini qeyd etmək.
Выделение – aləti düzbucaqlı sahəni, Выделение произвольной области – ixtiyari sahəni qeyd etməyə imkan verir.
9- Масштаб aləti səhifənin ölçüsünü böyüdür.
10- Надпись alətindən mətn yazmaq üçün istifadə olunur.
Çəkilmiş şəkli yadda saxlamaq üçün:
Fayl (Файл) → Save (Сохранить) → [Save az] pəncərəsində faylın adı, tipi, saxlanacağı yer təyin edilir → Save (Сохранить).
25