Yoxlama sualları: 1. Qeydiyyat yazısını necə yaratmaq olar?
2. Qeydiyyat yazısından nə üçün istifadə edirlər?
3. Qeydiyyat yazısının sazlanması və redaktəsi necə yerinə yetirilir?
4. Qeydiyyat yazısının şəkli necə dəyişdirilir?
5. Qeydiyyat yazısını necə ləğv etmək olar?
6. Sistemə giriş parametrləri necə sazlanır?
15. XÜSUSI XIDMƏT PROQRAMLARI
15.1. Disklərin yoxlanması Komputerin normal işlənməsi üçün ona mütəmadi olaraq müəyyən xidmətlər göstərmək lazımdır. Disklərdə korlanmış sektorların aşkar olunması və fayl sistemində ola biləcək səhvlərin üzə çıxarılması üçün disklərin yoxlanılması, faylların disklərdə optimal yerləşdirilməsi üçün disklərin defraqmentləşdirilməsi, mütamadi olaraq disklərin lazımsız fayllardan təmizlənməsi və mühüm proqram və faylların ehtiyat kopyalarının yaradılması belə xidmətlərdəndir.
Disklərdə korlanmış sektorların və fayl sistemində səhvlərin olması iş prosesində ciddi problemlər yaradır. Belə hallarda faylları nə açmaq, nə də saxlamaq mümkün olmur. Hətta böyük həcmli faylların korlanma ehtimalı artır. Belə hallar adətən komputerin yenidən yüklənməsinə səbəb olan elektrik sıçrayışları və ya komputerin düzgün söndürülməməsində baş verir.
D 15.1 isk səhvlərini iki qrupa bölmək olar: Diskin səthinin fiziki qüsurları və disk sahəsinin bölüşdürülməsi ilə bağlı olan fayl sisteminin səhvləri.
Windows XP sistemi iş prosesində üzə çıxan səhvlərin əksəriyyətini xüsusi yoxlama proqramından utilitdən istifadə etməklə aradan qaldırmağa imkan verir. Bu diskləri yoxlamaq üçün nəzərdə tutulan chdsk.exe proqramıdır.
Diski yoxlayan proqramın funksiyası disklərin səthini tesdən keçirmək fayl və qovluqları yoxlamaq, həmçinin fayl sisteminin səhvlərini avtomatik olaraq düzəltmək və diskdə korlanmış sektorları bərpa etməkdən ibarətdir. Bəzi hallarda bu proqram (məsələn, sistemlə iş prosesini normal başa çatdırmadan komputeri söndürərkən, komputeri məcburiyyət qarşısında qalaraq yenidən yükləyərkən) avtomatik icra olunur və diskdə yoxlama prosesi aparır. İstənilən vaxt diski yoxlamaq üçün chdsk.exe proqramı işə salmaq olar. Bunun üçün aşağıdakı əməliyyatlar yerinə yetirilir.
Мой компьютер-in və ya Windows Проводник-in pəncərəsində yoxlanan diskin kontekst menyusu açılır və oradan Свойства əmri seçilir. Bu zaman ekrana Свойства: Локальный диск (С:) pəncərəsi açılır. Buradan servis səhifəsinə keçirik və Выполнить проверку düyməsini sıxırıq. Ekrana Проверка диска - Локальный диск (С:) pəncərəsi açılır. Açılan pəncərədə iki parametr əks olunmuşdur:
1 15.2 . Автоматически исправлять системные ошибки (Sistem səhvlərini avtomatik düzəltmək) parametri seçildikdə fayl sistemindəki səhvlər avtomatik olaraq Windows tərəfindən aradan qaldırılır.
2. Проверять и восстанавливат поврежденные сектора ( Zədələnmiş sektorları yoxlamaq və bərpa etmək) parametri seçildikdə isə diskdə ətraflı yoxlama aparılır, zədələnmiş sektorlar aşkar edilir və həmin yerdəki hələ tamam korlanmamış informasiya bərpa edilir. Bu parametrlər seçilir və Запуск düyməsi basılır. Proqramın iş prosesində fayl və qovluqların seçilmiş diskdə yerləşmə vəziyyəti həmçinin diskin səthinin fiziki vəziyyəti yoxlanılır. Bu əməliyyatdan sonra korlanmış klasterlərin axtarışı və bərpa olunma prosesi gedir. Diskin tamam yoxlanılması üçün kifayət qədər çox vaxt tələb olunur. Yoxlama prosesi zamanı komputerdə heç bir başqa əməliyyat aparmaq olmaz. Proqramın işini yarımçıq dayandırmaq üçün Отмена düyməsindən istifadə edilir. Yoxlama prosesi xüsusi dialoq pəncərəsinin ekrana çıxması ilə başa çatır.