Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)


Disklərin təmizlənməsi və formatlaşdırılması



Yüklə 172,44 Kb.
səhifə29/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31
2-KSQ və ƏS

15.3. Disklərin təmizlənməsi və formatlaşdırılması


Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar. Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir- Очистка диска
D
15.6
iskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun sol düyməsi basılarkən Очистка диска proqramı avtomatik icra olunur. Ümumiyyətlə isə bu proqram əl ilə icra etmək üçün Baş menyunun Программы alt menyusundakı Стандартные siyahısından Служебные bəndinə daxil olan Очистка диска əmrini seçmək lazımdır. Bu halda ekranda Очистка диска adlı dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsində təmizlənmək üçün nəzərdə tutulan disk seçilir və OK düyməsi basılır. Nəticədə proqram sistemi təhlil edərək növbəti dialoq pəncərəsində müəyyən həcmdə disk sahəsini boşalda biləcək faylların siyahısını əks etdirir.
Bu dialoq pəncərəsinin iki səhifəsi var. Очистка диска səhifəsində təqdim olunan siyahıdan ləğv olunası fayl obyektləri seçilir (məsələn, səbətdəki fayllar, müvəqqəti fayllar və s.) və OK düyməsi basılır. Nəticədə sistem göstərilən əməliyyatın yerinə yetirilməsini təsdiqləmək üçün ekrana xüsusi sorğu pəncərəsi çıxarır. Bu addımda həmin sorğuya müvafiq cavab verərək işi davam etdirmək lazımdır.
Baxılan pəncərənin Дополнительно səhifəsində diskin təmizlənəsi üçün istifadəçiyə bəzi əlavə imkanlar verir. Belə ki, həmin pəncərə əlavəsində əks olunan müvafiq parametrləri seçməklə Windows sisteminin istifadə olunmayan komponentlərini ləğv etmək proqramların quraşdırılması və ləğvi üçün nəzərdə tutulan dialoq pəncərəsini ekrana çıxarmaq və nəhayət, diskdə saxlanılan fayllarının ehtiyat kopiyalarını ləğv etmək olar.
4
15.7
.Diskin formatlaşmasi
Diskin formatlaşması diskin yazı və oxuma üçün hazırlanması deməkdir. «Мои документы» qovluğu açılır, disk(disket) göstərilir → kontekst menyuda «Форматировать…» → «Формат Диск…» dialoq pəncərəsi açılır → Начать (Start).
Formatlaşma zamanı disketdəki bütün informasiyalar silinir, disk cığır və sektorlara ayrılır. Dialoq pəncərəsində formatlaşmanın bir-neçə üsulundan istifadə etmək mümkündür:
«Быстрое» – diskdə bütün informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə tutulur;
«Использовать сжатие» – NTFS ilə dəstəklənir;
«Создание загрузочного диска» – MS-DOS sistemi diskdəki bütün informasiyanı silir və oraya sistem fayllarını əlavə edir.

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin