Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə30/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31
2-KSQ və ƏS

15.4. Arxivləşdirmə proqramı


Komputerdə aparılan mühüm əməliyyatlardan biri də informasiyanın arxivləşdirilməsidir. Bu əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması baxımından onların ehtiyat kopiyalarının saxlanılması üçün əhəmiyyətlidir. Belə ki, faylların hər hansı səbəbdən korlanması zamanı onları arxivdən bərpa etmək olar. Eyni zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların arxivləşdirilməsi hesabına diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına imkan verir. Arxivləşdirilmə əməlyyatının aparılması üçün sistemdə xüsusi utilitdən istifadə edilir: Архивация данных
Beləliklə, arxivləşdirilmə proqramı Архивация данных verilənlərin ehtiyat kopiyalarının yaradılması və onların arxivdən bərpa edilməsi üçün istifadə edilir. Bu proqram verilənlərin ehtiyat kopiyalarının maqnit lentlərdə (strimmerlərdə) və müxtəlif disklərdə yazılıb saxlanılmasına imkan verir.
F
15.8
ayl və qovluqların arxivləşdirilməsi aşağıdakı addımlardan ibarətdir:
1.Arxivləşdirilən fayl və qovluqların seçilməsi;
2.Onların kopiyalarının yerləşdirilməsi üçün qurğuların seçilməsi;
3.Bilavasitə arxivləşmə prosesi.
Архивация данных proqramını icra etmək üçün Baş menyunun Программы siyahısındakı Стандартные – Служебные- Архивация данных əmrini seçmək lazımdır. Bu halda ekranda Мастер архивации и восстановления adlı pəncərə əks olunur. Həmin pəncərədə Далее düyməsi basılır və nəticədə eyni adlı ikinci pəncərə açılır. Bu pəncərədə iki rejim əks olunur. Belə ki, Архивация файлов и параметров rejimi fayl və qovluqların ehtiyat kopiyalarını yaratmaq üçün istifadə edilir. Eyni zamanda восстановление файлов и параметров rejimi isə arxivdə saxlanılan verilənləri bərpa etmək üçün nəzərdə tutulur. Odur ki, bu rejimlərdən biri seçilir Далее düyməsi basılır. Bundan sonra zəruri fayl obyektlərinin ehtiyat kopiyalarının yaradılmasını təyin etmək üçün ekranda müvafiq rejimlər əks olunur. Bu dialoq pəncərəsində arxivləşdirilməsi nəzərdə tutulan obyektlərə uyğun rejimlər seçilir.
I
15.9
. Мои документы и параметры настройки (Mənim sənədlərim və parametrlər)rejimi seçildikdə-Мои документы və Избранное sistem qovluqları bütün məzmunu ilə və İş stolu arxivləşdirilir;
II.Документы и параметры и настройки всех пользователей данного компьютера (Bu kompüterdəki bütün istifadəçilərin sənədləri və parametrlər) rejimi seçildikdə bütün istifadəçilərin sənədləri Мои документы və Избранное (Seçilmişlər) sistem qovluqları və İş stolu arxivləşdirilir;
III. Всю информацию на данном компьютера(Bu kompüterdəki bütün informasiyalar) rejimi seçildikdə bu komputerdə sistem fayllarından tutmuş bütün informasiyalar hamısı arxivləşdirilir;
IV. Предоставить возможность выбора обьектов для архивации (Arxivləşdirmək üçün obyektlərin seçilməsinə imkan vermək) rejimi seçildikdə açılan növbəti pəncərədən ehtiyat kopiyalarını yaratmaq üçün nəzərdə tutulan fayl obyektlərini seçmək olar.
Bu göstərilən rejimlərin axırıncısı seçilir və Далее düyməsi basılır. Nəticədə açılan növbəti dialoq pəncərəsində arxivləşdirilməsi nəzərdə tutulan bütün fayl, qovluq və disklərin işarələri qarşısında qeydiyyat işarəsi qoyulur. Qeyd edək ki, bu halda qovluqlar və həm də onlara daxil olan alt qovluqların arxivləşdirilməsi nəzərdə tutulursa, onda həmin qeydiyyat işarələri göy rənglə əks olunur. Qovluq və disklərin solunda əks olunan qeydiyyat işarəsinin boz rənglə verilməsi isı onu göstərirki, həmin obyekt daxilində olan fayl və qovluqların heç də hamısı arxivə yerləşdirilməyəcək.
Əgər arxivə yalnız qovluq daxilindəki bəzi faylları yerləşdirmək lazımdırsa, onda pəncərənin solunda həmin qovluq açılır və sağda əks olunan siyahıdakı zəruri fayl və qovluqların qarşısında qeydiyyat işarəsi qoyulur.
Beləliklə, arxivləşdirilməsi üçün nəzərdə tutulan obyektlər seçilir və yenə Далее düyməsi basılır.
Bu addımda ehtiyat nüsxənin yazılması üçün təklif olunan siyahıdan disk seçilir və yaradılan arxiv üçün müvafiq sətirdən ad daxil edilir və Далее düyməsi basılır.
Готово düyməsinin basılması ilə kopiyalanma əməlyyatı başlanır. Proses başa çatan kimi aparılan əməliyyat barədə ətraflı məlumat əks olunmuş xüsusi dialoq pəncərəsi ekrana çıxır.
Yaradılmış arxivin açılması və fayl obyektlərinin ehtiyat kopiyalarının bərpası (açılması) üçün Arxivləşdirmə və ya bərpaetmə ustası pəncərəsindən Fayllar və parametrlərin bərpa olunması rejimi seçilir və Далее düyməsi basılır. Bu halda son pəncərədə müxtəlif vaxtlarda yaradılmış ehtiyat fayl kopiyalarının siyahısı əks olunur. Bu siyahıdakı bəndlərin birini seçmək və sağ pəncərədə faylları bərpa etmək üçün disk təyin etmək olar. Bundan sonra Далее düyməsi ilə açılan pəncərədə готово düyməsi basılır və nəticədə arxivdə saxlanılan fayllar bərpa olunur.
6. Fayl və qovluqların arxivləşdirilməsi
Arxiv proqramları (Arxivatorlar) fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır:
1.İstifadə olunan arxivatordan.
2.Sıxma üsulundan.
3.Faylın tipindən.
Arxivləşdirmənin iki səbəbi var:
1.İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)
2.Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.
Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv sürəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır.
Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP.
W
15.10
indows əməliyyat sistemlərində əsasən WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.
Proqramı işə salmaq üçün:
1.Start (Старт) → Proqrams (Программы) → WinRAR → [Bakcomp – WinRAR] pəncərəsi açılır → arxivləşdirilməsi lazım olan fayl və ya qovluq açılan pəncərədə göstərilir → [Добавить] düyməsi basılır.
2.Fayl və ya qovluğun üzərində kontekst menyu açılır → «Добавить в Архив…» əmri verilir → açılan [Имя и параметры архива] pəncərəsində arxiv faylın yerləşəcəyi qovluq göstərilir → OK.
Arxiv olunacaq fayl və ya qovluğa parol qoymaq üçün: [Имя и параметры архива] pəncərəsində [Дополнительный] hissəsinə keçilir → [Установить пароль] →[Архивация с паролем] pəncərəsində parol təyin edilir → OK.



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin