15.3 Məlumdurki, təzəcə formatlaşdırılmış diskə fayllar yazılarkən proses çox sürətlə gedir. Lakin zaman keçdikcə kompüterin sürətinin zəiflədiyi hiss olunur. Disk formatlaşdırılarkən hər birinin həcmi 512 bayt olan sektorlara bölünür. Fayl sistemi disk sektorlarını müəyyən bloklarda birləşdirir. Bu bloklar klasterlər adlanır. Hər klaster yalnız bir fayla aiddir. Bir klasterə 2 fayl yazmaq olmaz.
Fayllar yeni formatlaşdırılmış bərk diskə yerləşdirilərkən Windows sistemi onlar üçün bir birinin ardınca nömrələnmiş klasterlər ardıcıllığı ayırır. Lakin vaxt keçdikcə bərk diskdə ayrılmış klasterlərin ardıcıllığı pozulur. Belə ki, diskdə mövcud olan fayla yeni verilənlər əlavə edildikdə həmin fayl üçün əlavə klaster ayrılır və bu yeni klaster tamamilə aralı (diskin başqa yerinə) düşür. Beləliklə, bir fayl yaddaşın ayrı-ayrı hissələrində fraqmentlər şəklində yerləşmiş olur. Digər tərəfdən fayllar ləğv olunduqca ardıcıl klasterlərdə boş hissələr qalır və sonralar diskə yeni fayllar yazılarkən həmin pərakəndə boş yerlərə hissə-hissə (framentlərlə) yazılıb saxlanılır. Eyni zamanda faylların ləğv olunması və yenilərin yaradılması prosesi davam etdikcə fayllar diskin müxtəlif boş yerlərində kiçik hissələrə (fraqmentlərə) bölünərək saxlanılır. Bu proses fraqmentləşdirmə adlanır. Odur ki, istifadəçi hər dəfə faylı açarkən və diskdə saxlayarkən xeyli gözləməli olur. Çünki vinçestrin maqnit başlığı diskin müxtəlif yerlərinə yerdəyişmələr edərək çoxlu sayda klasterlərə baxmalı olur.
15.4 Beləliklə, komputerdə uzun müddət işləyərkən ayrı-ayrı faylların (və deməli, onların fraqmentlərinin) ləğv olunması nəticəsinə diskin fraqment sahələri çoxalır ki, bu da kompüterin işinin yavaşımasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu halda fayl korlanmasına da oxunma və yazılma əməliyyatlarının sürəti ciddi şəkildə azalır. Bu problemin həlli üçün sistemdə xüsusi vasitədən, disklərin defraqmentləşdirmə - defraqmentasiya əməliyyatından istifadə olunur. Bu əməliyyat prosesində ayrı- ayrı fraqmentlər elə birləşdirilir ki, nəticədə fayl hissə- hissə deyil, yenidən kəsilməz disk oblastında yerləşdirilir.
Beləliklə, proqramların icrasını sürətləndirmək üçün proqram fraqmentləri saxlanılan klasterləri “toplamaq” və imkan daxilində diskdə bir- birinə daha yaxın birləşdirmək lazımdır. Bu proses diskin defraqmentləşdirilməsi- defraqmantasiya adlanır. Diskdə saxlanılan istənilən informasiya zaman keçdikcə fraqmentləşdiyi üçün ən azı bir neçə ayda bir dəfə defraqmentləşdirmə əməliyyatını aparmaq lazımdır.
Disklərin defraqmentləşdirilməsi üçün Windows XP sistemində xüsusi utilit – Дефрагментация proqramı nəzərdə tutulur. Bu proqram diskdə saxlanılan faylları elə nizamlayır ki, diskin müxtəlif hissələrinə səpələnmiş fayl hissələri bir yerdə toplanmaqla diskin yalnız bir hissəsində ardıcıl yerləşərək saxlanılır. Bundan əlavə defraqmentasiya əməliyyatı prosesindəki diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcəkdə yeni yazılan faylların diskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır.
15.5 Defraqmentasiya proqramını işə salmaq üçün aşağıdakı addımlar icra olunur:
Мой компьютер və ya Windows Explorer pəncərəsində istənilən
diskin kontekst menyusu açılır və bu menyunun Свойства əmri seçilir.
2. Bu halda açılan eyni adlı dialoq pəncərəsinin Сервис səhifəsində Выполнить дефрагментацию düyməsi basılır.
Defraqmentasiya proqramını həm də Baş menyudan icra etmək olar. Bunun üçün baş menyunun Пуск siyahısına daxil olan Программы alt menyusundakı Стандартные siyahısından Служебные- Дефрагментация диска əmrini seçmək lazımdır. Bu halda müvafiq dialoq pəncərəsi ekrana çıxır.
Adətən diskin defraqmentasiya prosesi kifayət qədər çox vaxt aparır. Xüsusilə müasir bərk disklərin həcmini nəzərə alsaq defraqmentasiya prosesi bir neçə saat çəkə bilər. Ona görə də fraqmentləşdirmə səviyyəsi çox yüksək olmayan disklər üçün bu proqramı icra etməyə ehtiyac yoxdur. Konkret diskin defraqmentləşdirmə əməliyyatına ehtiyac olduğunu müəyyən etmək üçün Дефрагментация диска pəncərəsinin yuxarı hissəsində əks olunan siyahıdan həmin diski seçmək və Анализ düyməsini basmaq lazımdır. Bu halda proqram həmin diski yoxlayaraq onun defraqmentləşdirmə prosesində ehtiyacı olması barədə öz təklifini verir. Buna baxmayaraq istənilən vaxt defraqmentləşdirmə əməliyyatını aparmaq olar. Bunun üçün baxılan pəncərədə Дефрагментация düyməsini basmaq kifayətdir. Həmin pəncərədəki Пауза,Остановка, düymələrindən istifadə etməklə prosesi istənilən vaxt dayandırmaq və ya yarımçıq kəsərək başa çatdırmaq olar.Вывести отчет düyməsi ilə diskin fraqmentləşmə səviyyəsi barədə ümumi məlumat əldə etmək olar.