kitabxana-biblioqrafiya bilikləri proqramı” (2003), “İkirəqəmli cədvəl” (2006),
“Kitabxana işçilərinin ideya-siyasi səviyyəsinin yüksəldilməsi və ixtisasının
artırılması”, “Məktəblərdə kitabxanaların texniki təşkilinə aid normativlər”
(2007), “Məktəblilərə kitabxana xidməti və ədəbiyyatın təbliği”, “Valideyn-
lərlə iş”, “Kitabxana şurası”, “Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş
nəşr materialların kitabxana və məlumat-informasiya fondlarından çıxarılması
haqqında”, “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində məktəb
kitabxanalarının vəzifələri” (2008), “Universal Onluq Təsnifat Cədvəli”(2008)
və s. metodik vəsaitlər tərtib edib bölgələrə göndərmişdir.
Kitabxana işinin müxtəlif sahələrinə həsr edilmiş belə metodik vəsaitlər
və tövsiyələr kitabxanaçıların təcrübi işinə, peşə səviyyəsinin yüksəldilməsinə
kömək edir.
Respublikamızda gedən geniş təhsil islahatlarında yaxından iştirak edən
kitabxana məktəb kitabxanalarının işinin təhsil islahatları ilə əlaqələndirilmə-
sinə, islahatların qarşıda qoyduğu vəzifələrlə əlaqədar məktəb kitabxanalarının
işinin məzmununda baş verən yeni keyfiyyət dəyişikliklərinin ümumiləşdiril-
məsinə və yayılmasına böyük metodik köməklik göstərmişdir (3, s.123).
Etiraf etməliyik ki, bu uğurlarla yanaşı, çatışmayan cəhətlər də az deyil.
Ümumiyyətlə, ölkəmizdə kitabxana işinin metodik təminatının vəziyyəti qəna-
ətbəxş deyil. Maliyyə çatışmazlığı və müvafiq cavabdeh şəxslərin bu işə laqeyd
yanaşması metodik mərkəz funksiyasını daşıyan kitabxanaların o cümlədən
REPK-nın fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşa bilməsinin
qarşısını almışdır. Bu işin gələcəkdə yaxşılaşdırılması üçün REPK dünya
kitabxana-informasiya proseslərinin inkişaf qanunauyğunluqlarını nəzərə al-
maqla respublika kitabxanalarının dünya informasiya məkanına daxil olma-
sının təşkilati-metodik mexanizmini hazırlamalıdır. Bunun üçün ölkə, regional,
şəbəkə, şəbəkələrarası, MKS və eləcə də ayrı-ayrı kitabxanalar səviyyəsində
kitabxana-informasiya xidmətinin optimallaşdırılmasına yönəlmiş kompleks və
lokal xarakterli strateji və taktiki proqramlar hazırlanmalıdır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-infor-
masiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təs-
diq edilməsi barədə verdiyi Sərəncamı ölkəmizdə kitabxanaların inkişafında
yeni yol açmaqla Azərbaycan dövlətinin davamlı inkişafının mühüm strateji
istiqamətini müəyyən edəcəkdir (1).
Ümid edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr
2008-ci il tarixli 450 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Məktəb kitabxana-
larının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya
texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı”nın icrası üzrə Təhsil Nazir-
liyinin fəaliyyət planının uğurla yerinə yetirilməsi bu problemləri həll
edəcəkdir (2).
Dostları ilə paylaş: