Kompüter ya da Bilgisayar



Yüklə 240,86 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix31.12.2021
ölçüsü240,86 Kb.
#49750
1   2   3   4
Kompüter — Vikipediya

Kompüter

 

Müxtəlif dövrlərə aid kompüterlər və kompüter avadanlıqları




çox lazımlı bir qurğudur.

İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompüterlərin yaranması və

inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə

etdiyinə görə 

İnformatikanın

 inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə 

Blez

Paskal


 (

Fransa


) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə 

Qotfrid Leybnits

(

Almaniya


) hesab əməllərini yerinə yetirən mexaniki 

arifmometr

 yaratmışdır. 1830-cu ildə

Çarlz Bebic

 (

İngiltərə



) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd

göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını

qoymuşdur. 1930-cu ildə 

Alan Türinq

 (

İngiltərə



) və E. Post (

ABŞ


) tərəfindən universal

kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.

Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində 

Amerika


 alimləri 

Con Fon


Neyman

, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da

ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir

kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan etibarən

kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və aşağıdakı

mərhələlərdən keçmişdir:



I nəsil (1950–1959) – elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin

həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20.



II nəsil (1960–1969) – element bazası əsasən 

yarımkeçiricilərdən

 ibarət olan elektron

hesablama maşınları. Elektron lampalar yarımkeçirici elementlərlə-

tranzistorlarla

 və


diodlarla

 əvəz olundu. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-

14 və s.

III nəsil (1970–1985) – element bazalı mikroelektronika və 

inteqral


 sxemlərdən ibarət olan

kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş 

SSRİ

-də


EC EHM və başqa elektron hesablama maşınları yaradılmışdır. Bu nəsil kompüterlərin bir

nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan 

ABŞ

-ın RDR, VAX kompüterləri və



onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi. Bu nəsil kompüterlər

çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional

tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə,

istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin

yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni quruluşa və

texnologiyaya malik 

neyrokompüterlər

 real 


neyronların

 əsas xassələrini modelləşdirən

neyron şəbəkələrinə

 əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik

Tarixi



texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin

reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən

sahələrdə (

nüvə energetikası

kosmos


, hərbi-müdafiə, 

seysmologiya

 və s.) tətbiq üçün

kifayət etmədiyindən 

super kompüterlərin

 yaradılmasına ciddi ehtiyac yaranmışdır.




Yüklə 240,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin