IV nəsil (1981-dən sonrakı dövr) böyük və çox böyük
inteqral sxem
(BİJ, ÇBİS) texnologiyası
ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK).
Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə:
IBM PC
, IBM
XT, IBM AT 286, IBM AT 386, IBM AT 486 və s.
V və sonrakı nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin
kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla,
keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt
sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən
yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər.
Yeni
arxetikturaya
və texnologiyaya malik
neyrokompüterlər
real
neyronların
əsas
xassələrini modelləşdirən
neyron şəbəkələrinə
əsaslanırlar. İntellektual imkanları xeyli
üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin
yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin
məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (
nüvə energetikası
,
kosmos
, hərbi-
müdafiə,
seysmologiya
və s.) tətbiq üçün kifayət etmədiyindən
superkompüterlərin
yaradılmasına ciddi ehtiyac yaranmışdır.
Yaradicisi
1815-ci il dekabr ayının 10-da böyük ingilis şairi Corc Bayronun ailəsində bir qız dünyaya
gəldi. Adını Ada qoydular. Lap kiçik yaşlardan ailədə Adanın təhsili ilə ciddi məşğul
olurdular. Onun müəllimləri o dövrün tanınmış alimləri idilər. Adanın elmə böyük həvəsi var
idi. Balaca qız saatlarla otağında oturur, nə isə yazır, çəkir, hesablamalar aparırdı. Adanın ən
sevimli məşğuliyyəti riyaziyyat idi. 12 yaşı olanda o, uçan aparat quraşdırmışdı! Gənc
yaşlarında Ada gözəl və cazibədar olmaqla yanaşı, təbiətən çox güclü və iradəli xanım idi.
O, İngiltərənin görkəmli şəxsləri - yazıçı və alimləri ilə tanış olmuşdu. Geniş bilik dairəsinə
malik olan bu xanım məşhur elm adamları ilə ünsiyyətdə çox sərbəst idi. Adanın həyatında
ən əlamətdar hadisə isə Çarlz Bebbiclə tanışlığı oldu. Bu alim ilk hesablama maşınının
yaradıcısı idi. Çox sonralar kompüter yaradan alimlər Bebbicin bu ixtirasından
yararlanmışdılar. Ada professor Bebbicin emalatxanasına tez-tez gedirdi. Bu emalatxanada
Ada ilə tanış olmuş alimlərdən biri xatirələrində yazır: “Qonaqlar Bebbicin qəribə maşınını
çaşqınlıqla seyr edirdi. Ada isə onun iş prinsipini başa düşmüş və ixtiranın böyük
əhəmiyyətini qiymətləndirməyi bacarmışdı”. Üstəlik, Ada bu maşının köməyi ilə həll etmək
üçün məsələlər təklif edirdi. Onun təklifləri hamını, o cümlədən ixtiraçının özünü də
təəccübləndirmişdi. O vaxtdan Ada və Bebbic dostlaşdılar. Professor Adanın riyaziyyata
olan meylini dəstəkləyir, ona biliyini artırmaq üçün kitablar verirdi. Sonralar Ada və Çarlz
Bebbic arasında sıx əməkdaşlıq münasibətləri yarandı. Bebbic Adanı “rəqəmlərin
ovsunçusu” adlandırırdı. Dərin elmi biliklərlə yanaşı, incə qadın xarakterinə, yüksək zövqə
malik olan, mükəmməl musiqi təhsili almış Ada 20 yaşında ailə həyatı qurmuşdu. Amma o,
üç uşaq anası olduqdan sonra da öz sevimli işindən uzaqlaşmadı. 1842-ci ildə Bebbicin
hesablama maşını barədə mühazirələri fransız dilində ayrıca kitab kimi nəşredilmişdi.
Bebbicin xahişi ilə Ada həmin yazını ingilis dilinə tərcümə etdi. Lakin onun bir ildən çox vaxt
sərf etdiyi bu iş sadəcə tərcümə deyildi. Ada bir çox məqamlara aydınlıq gətirmiş, şərhlər
yazmış, əlavələr etmişdi. Nəticədə onun əlavələri həcmcə əsas mətndən üç dəfə artıq
olmuşdu. Əslində, Ada hesablama maşınının müfəssəl təsvirini vermiş, bu maşın üçün ilk
proqramları yaratmışdı.Məhz buna görə onu dünyada ilk proqramçı hesab edirlər. Ada
Lavleys uzaqgörənliklə qeyd edirdi ki, hesablama maşını ən mürəkkəb riyazi formulları
yaratmağa və həll etməyə qadirdir. O yazırdı: “Gələcəkdə bu maşın musiqi bəstələyə, şəkil
çəkə biləcək və elm qarşısında bizim yuxuda da görmədiyimiz yollar açacaq . Kompüterin
özünün yaradılmasından əvvəl dünyada ilk kompüter proqramını hazırlayan Ada Lavleys
tarixə kompüter əsri haqqında öncədən xəbər vermiş qadın kimi düşdü. Universal
proqramlaşdırma dillərindən biri onun şərəfinə “Adal” adlandırılmışdır.
[1] (https://www.e-der
slik.edu.az/player/index3.php?book_id=499#books/499/units/unit-1/page188.xhtml)
Müasir hesablama maşınlarını əsasən üç böyük sinifə bölmək olar:
Superkompüterlər
Meynfreymlər
Mini–EHM-lər
Superkompüter
– çox
prosessorlu
hesablama sistemidir. İlk superkompüter amerikalı
elektronçu-mühəndis
Seymur Krey
tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompüterlərin
Dostları ilə paylaş: |