Корпоратив идаряетмя


Ümumi iclaslarda səslərin paylanması. 1992 il



Yüklə 219,64 Kb.
səhifə13/21
tarix28.02.2023
ölçüsü219,64 Kb.
#85875
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
referat 115

Ümumi iclaslarda səslərin paylanması. 1992 il.



Şirkətlər / Banklar­

Döyçe Bank

Drezdener Bank

Kommersbank

Bütün banklar­

Xoyxts

9.0

32.8

27.7

98.5

Mannesmann

15.9

18.8

4.1

98.1

Simens

17.6

12.4

4.5

95.5

BASF

18.6

17.6

4.2

94.7

Bayer­

19.0

17.9

4.8

91.3

Folsvagen

5.9

6.7

2.4

44.1

Səsvermə zamanı bankların mövcud imkanları onların kənar maliyyə mənbəyi qismində oynadıqları rolun sayəsində artır. Əsas fondların alınması üçün bank ssudalarının istifadəsi üzrə göstəricilərin ciddi rejimdə variasiya (12%-dən «faktiki zəruri olan»a qədər) olunmasına baxmayaraq şübhəsiz ki, alman bankları kənar maliyyələşdirmə mənbələri axtaran şirkətlər üçün borc kapitalın çox mühüm təchizatçısıdır. Bundan əlavə, banklar digər maliyyələşdirmə kanallarının mühüm halqası olublar: məhz banklar yenidən buraxılan qiymətli kağızların yerləşdirilməsi ilə məşğul olur, korporasiyalar tərəfindən qeyri-bank, xarici və hökumət borcları alınan zaman onlara broker və məsləhət xidmətləri göstərirlər. Əslində alman bankları maliyyə «enerji»sinin əsas mənbəyi və «retranslyator»udur və bunu özləri də etiraf edirlər. Döyçe Bankın sabiq prezidenti Alfred Herrhauzen söyləmişdir: «Əlbəttə ki, hökmranlıq bizim əlimizdədir. Lakin məsələ onda deyil, həmin iqtidardan bizim necə istifadə etməyimizdədir»21.


Bir qayda olaraq, alman şirkətləri arxalarında güclü kiminsə olmağına etiraz etmir, çox zaman özləri direktorlar şurasında banka yer təklif edirlər. Bank səhmdar kapitalın sahibi və korporasiyanın borcunun sahibi kimi öz müştərək rolunda bir çox şeylər təklif edə bilər: uzunmüddətli borcları, öz ekspertlərinin dərin təcrübəsini (xüsusən, maliyyə məsələlərində), eləcə də işgüzar əlaqələrin böyük bir şəbəkəsini. Bütün bunlar, müşahidə şurası, yaxud müşahidə şurası ilə icra şurası arasındakı rəsmi əlaqələr vasitəsilə bankların öz hökmranlığını və nüfuzunu gerçəkləşdirməsi demək deyil. Sadəcə, qanuna görə müşahidə şurasının iqtidarı çox məhdud olduğu üçün həmin nüfuz tam qüvvəsilə təzahür edə bilməz. Bankların korporasiyalara təsiri çox zaman qeyri-formal rejimdə, idarəetmə prosedurlarının rəsmi kanallarından kənarda bank ilə icra şurasının birbaşa təmaslarında baş verir. Korporasiyanın «iştirakçı»ları ola bilsin ki, bu təmaslarda korporasiyanın idarəedilməsi aktını deyil, işgüzar əlaqələrin davamını gördükləri üçün bu «məhrəmanilik» onlarda narahatçılıq doğurmur.





Yüklə 219,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin