Корпоратив идаряетмя


Direktor şuralarının başqa növləri



Yüklə 219,64 Kb.
səhifə15/21
tarix28.02.2023
ölçüsü219,64 Kb.
#85875
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
referat 115

Direktor şuralarının başqa növləri

Unitar və ikipalatalı şuralar sistemi praktiki olaraq korporasiyanın idarəetmə heyətlərinin bütün mövcud təşkilati formalarını özündə ehtiva edir. Lakin Amerika və Almaniya variantları direktorlar şurasının tərkibinin mümkün olan bütün növlərini istisnasız təsvir edə bilmir. Onlar çoxsaylı və müxtəlif təşkilati formaların böyük bir spektrinin müxtəlif qütb nöqtələridir. Aşağıda göstərilənlər bu müxtəlifliyi nümayiş etdirir23.


Yaponiyadakı direktorlar şurasının rəsmən quruluşu Amerika şurasının eynilə surətidir (korporativ idarəetmə sistemi Yaponiyaya faktiki olaraq amerikalılar tərəfindən aşılanmışdır). Əslində isə Yaponiya açıq tipli səhmdar cəmiyyətlərinin təqribən səksən faizinin şurasının tərkibində ümumən müstəqil direktorlar yoxdur və şuraların özü isə Almaniyada olduğu kimi şirkətin və onun əsas «həmiştirakçı»larının maraqlarını həyata keçirir. Alman sisteminə xas olan iki cəhətin – qulluqçuların təmsilçiliyi və bankların nümayəndələrinin iştirakı – burada olmamasına baxmayaraq, bu həqiqətən də belədir. Yapon şirkətlərinin direktorlarının təqribən hamısı idarəetmənin yüksək səviyyəli nümayəndələridir, yaxud onların keçmiş qulluqçularıdır. Bankların iştirakı isə yalnız onların nümayəndələri tərəfindən bank hesabları və auditor xidməti üzərində nəzarətin həyata keçirilməsindən ibarətdir, yəni Almaniyadakından da alçaq səviyyədədir.


Lakin oxşarlıqlarının formal əlamətlərinə baxmayaraq yapon sistemi nə amerikan, nə də alman sistemlərinə bənzəmir. O köklərilə yalnız Yaponiyaya məxsus olan istehsalın bənzərsiz təşkili sisteminə bağlıdır. Bu təşkilatlanma tipi «Keyretsu» adlandırılan sənaye qruplarının formalaşması ilə səciyyələnir. Bu tip sənaye mühüm bank investisiyalarının və yüksək səviyyəli çarpaz sahibliyə malik sənayenin mövcudluğunu nəzərdə tutur. Keyretsu üzvü olan şirkət mənfəəti digər şirkətlərdən aldığı dividendlərdən deyil, onlar ilə işgüzar münasibətlərdən çıxarır. İdarəetmə sistemi isə bu qarşılıqlı münasibətlərə menecmentin fəaliyyəti üzərindəki nəzarət və yoxlamanın kombinasiyası ilə cavab verir. Bu, korporativ idarəetmə üçün istehsalatın dəstəklənməsi təcrübəsi ilə birlikdə ənənəvidir. Bu isə artıq kontraktlı idarəetmə sahəsinə aiddir24.


Yaponiyada korporasiyaların real idarəetmə sistemi ilə ABŞ-dan idxal olunan «nümunənin» müqayisəsi şuranın təşkilati quruluşunun ikinci dərəcəliliyinə dəlalət edir. Digər dövlətlərin nümunələri bizi fərziyyəmizdə daha da əmin edir. Məsələn, İsveçdə unitar şuralar sistemi fəaliyyətdədir. Lakin Amerika variantından fərqli olaraq burada «aşağı» səviyyədəki qulluqçuların nümayəndəliyinin iştirakı qanunvericilikdə təsbit edilib və idarəetmənin inzibati qanadını isə yalnız şirkətin prezidenti təmsil edir. Hollandiyada ikili şuralar sistemi geniş yayılıb. Lakin Almaniyadan fərqli olaraq, yalnız müstəqil direktorlardan ibarət olan müşahidə şurasına qulluqçular buraxılmır. İtaliyadakı direktor şuraları unitar olmalarına baxmayaraq, sənayenin tərkibi və mülkiyyət sistemi çərçivəsində fəaliyyət göstərir və ABŞ-dan daha çox Almaniyadakı vəziyyəti xatırladır. Hətta çox iri italyan şirkətləri çox zaman ailələrə məxsus olurlar. Buna görə də, bir çox hallarda buradakı iri səhmdarların elə özləri də menecer-direktor olur.


Fransada şuranın formal quruluşu o qədər az mahiyyət kəsb edir ki, hər kəs özü üçün istədiyi ya unitar və ya ikili şura sistemini seçir. Daha adi hal almış unitar şuranın tərkibində ən azı iki-üç müstəqil direktor olmalıdır. İkili şuranın müşahidə səviyyəsi yalnız müstəqil direktorlardan təşkil olunmalıdır. Buna baxmayaraq hər bir halda, sistem baş müdirə (Prezidentə – Baş Direktora) direktorlar şurası (şuraları) və səhmdarların ümumi iclası üzərində qeyri-məhdud hakimiyyət həvalə edir. Fransız siyasi ənənələrinin şübhəsiz inikası olan belə sistem ilə Almaniya və Amerikadakı sistemlərin müqayisəsi mənasızdır.



Yüklə 219,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin