Корпоратив идаряетмя



Yüklə 219,64 Kb.
səhifə21/21
tarix28.02.2023
ölçüsü219,64 Kb.
#85875
1   ...   13   14   15   16   17   18   19   20   21
referat 115

19. Direktor vəzifəsinə namizədlərin seçilməsi


Şura öz yeni üzvlərinin seçilməsi üzrə məsuliyyət daşıyır. Şura namizədliklərin baxılması səlahiyyətini direktorlar şurasının işləri üzrə komitəyə həvalə edir. Komitə həmin səlahiyyətləri şuranın sədri və baş müdirin göstərişlərinə uyğun icra edir.


20. Namizədlərin dəvət olunması


Namizədə şuranın üzvü olmaq barədə təklif şuranın özü, direktorlar şurasının işləri üzrə komitə, şuranın sədri və baş müdir tərəfindən verilir.


21. Şuranın işinin keyfiyyətinin qiymətləndirilməsi


Direktorlar şurasının işləri üzrə komitə hər il şuraya onun işi barədə öz rəyini təqdim etməlidir. Müvafiq məruzə maliyyə ilinin sonunda direktorlar şurasının üzvünün ödəməli olduğu tələblərin müzakirəsi ilə birlikdə dinlənilir.


Bu qiymətləndirmədə şirkətin ümumi fəaliyyətindəki şuranın payı, direktorların və menecerlərin rəyinə görə isə xüsusilə də həmin payın yüksək ola biləcəyi sahələrdəki göstəriciləri nəzərə alınmalıdır. Bu qiymətləndirmə və müzakirənin məqsədi şuranın ayrı-ayrı üzvlərinin tənqid edilməsi deyil, onun işinin ümumən səmərəsinin yüksəldilməsidir.


22. İş yerini dəyişmiş direktorlar


Şura hesab edir ki, şurada işlədikləri zaman yeni öhdəliklər üzrə məsuliyyət daşımağa başlayan direktorlar, şura üzvlüyündən istefa haqqında ərizə verməlidirlər.


Bu, şuraya üzv olduqdan sonra öhdəliklərində dəyişikliklər baş vermiş şəxslərin şuranı tərk etmələri mənasını vermir. Şura mövcud şəraitdə həmin şəxslərin üzvlüyünün məqsədəuyğunluğu məsələsini şuranın işləri üzrə komitə vasitəsilə müzakirə edə bilər.


23. Şuraya üzvlüyün müddəti


Şura öz üzvlərinin iş müddəti üçün məhdudiyyətlərin qoyulmasını lüzumsuz hesab edir. Belə müddət limitinin qoyulmasının korporasiyanın və şuranın işi üzrə yeni ideya və baxışlara malik şəxslərin cəlbinə yardım etməsinə baxmayaraq, bunun mənfi cəhətləri də ola bilər. Belə ki, şura üzvlük müddəti qurtarmış, lakin bu vaxt ərzində şirkət və onun fəaliyyəti ilə dərindən tanış olmuş və bunun nəticəsində şuranın işində payları artmış üzvlərini itirə bilər.


Müddət limitinin qoyulmasına alternativ kimi şuranın işləri üzrə Komitə beş ildən bir hər bir direktorun fəaliyyətini baş müdir və şuranın sədri ilə məsələhətləşmələr əsasında qiymətləndirir. Bu, həmçinin, onların hər birinə şura üzvü kimi fəaliyyətini davam etdirmək arzusunu təsdiq etməyə imkan verir.


24. Yaş senzi


Şura üzvünün 70 yaşı tamam olduqda istefa verməsini məqsədəuyğun sayır.


25. Baş müdirin fəaliyyətinin qiymətləndirilməsi proseduru


Şura tam tərkibdə hər il baş müdirin işinin nəticələrinin müzakirəsini keçirir. Şuranın (müstəqil) sədri, yaxud aparıcı direktor qiymətləndirmənin nəticələrini baş müdirə verir.


Qiymətləndirmə korporasiyanın işinin keyfiyyəti, uzunmüddətli strateji planların gerçəkləşdirilməsi, menecmentin inkişafı və sairəni özündə ehtiva edən obyektiv amillər əsasında aparılmalıdır.


Bu qiymətləndirmənin nəticələri baş müdirin əməyinin ödənilmə səviyyəsinin müəyyənləşdirilməsi zamanı əməyin ödənilməsi və həvəsləndirilməsi Komitəsi tərəfindən istifadə olunur.


26. Əvəzetmənin planlaşdırılması


Baş müdir hər il şuraya əvəzetmənin planlaşdırılması barədə məruzə təqdim etməlidir.


Baş müdirin öz iş qabiliyyətini itirdiyi halda onun varisi haqqındakı özünün imzaladığı təqdimat həmişə şurada olmalıdır.


27. Menecmentin inkişafı proqramı


Korporasiyanın baş müdiri şirkətin menecmentinin inkişafı üzrə proqramı hər il şuraya təqdim etməlidir.


Bu proqram yuxarıda adı göstərilən əvəzetmənin planlaşdırılması haqqındakı məruzə ilə birgə təqdim edilir.


28. Şuranın intitusional investorlar, mətbuat, istehlakçılar və s. ilə qarşılıqlı əlaqələri


Şura hesab edir ki, menecment «Ceneral Motors» şirkətinin rəyinin və maraqlarının ifadəçisidir. Bunula yanaşı, şuranın fərdi üzvləri «Ceneral Motors» şirkəti ilə bu və ya digər münasibəti olan şəxslər, yaxud təşkilatlarla vaxtaşırı əlaqəyə girə və ya görüşə bilərlər. Güman edilir ki, bu görüşlər menecmentin razılığı və əsasən də onun təşəbbüsü ilə baş verir.
Yüklə 219,64 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin