Müstəqil direktorlar ildə üç dəfə icra sessiyası keçirməlidirlər. Bu sessiyaların gündəliyinə baş müdirlə görüş daxil olunmalıdır.
12. Şura üzvlərinin yüksək icra orqanları ilə təmas imkanları
Şura üzvlərinin şirkətin icra orqanları ilə təmas üçün tam imkanı vardır.
Şura üzvlərinin icra qurumları ilə əlaqələrinin nəticələri onlar tərəfindən sədr və baş müdirə yazılı şəkildə çatdırıla bilər.
Bundan əlavə, şura vaxtaşırı öz iclaslarına aşağıda göstərilən menecerlərin cəlb edilməsi üçün şirkətin menecmentinə müraciət edir: a) şirkət fəaliyyətinin bu və ya digər aspektlərində şəxsən iştirak etdiklərinə görə, müzakirə olunan problemlər üzrə şuraya əlavə məlumat təqdim edə bilən; b) ali rəhbərliyin rəyinə görə, şura üçün faydalı şəxsi potensiala malik olan.
13. Şura üzvlərinin əməyinin ödənilməsi
Hər il şura üzvlərinin mükafatlandırılması səviyyəsinin digər iri amerikan şirkətlərindəki analoji göstəricilər ilə müqayisəli şəkildə şirkətin işçilərinə, direktorlar şurasının işi üzrə komitəyə təqdim edilməsi məqsədəuyğun hesab edilir.
Şura üzvlərinin mükafatlandırılmasının həcmi barədə təkliflər direktorlar şurasının işi üzrə komitə tərəfindən irəli sürülür və şura tərəfindən təsdiq edilir.
14. Şuranın həcmi
Hal-hazırda şuraya 14 üzv daxildir. Şura 15 üzvdən ibarət tərkibi optimal sayır. Buna baxmayaraq, şura üzvlüyə namizədlərin potensialından istifadə etmək məqsədilə öz həcmini daha da artırmağa meyllidir.
Şura öz tərkibində kənar (müstəqil) direktorların əksəriyyət təşkil etməsi (2.12 daxili təlimatında nəzərə alındığı kimi) üzrə qərar verməyi məqsədəuyğun sayır. Şura öz tərkibində baş müdirdən əlavə direktor simasında menecmentin digər nümayəndələrinin olmasını arzulayardı.
Bununla yanaşı şura hesab edir ki, şuraya üzvlük yüksək mövqe atributu və menecerin şirkətdə sonrakı yüksəlməsi üçün şərt deyildir və ali icra orqanı menecerlər ilə bağlı öz işində buna istinad etməlidir. Hal hazırda şuranın iclaslarında baş müdirdən əlavə onun üzvü olmayan digər menecerlər də iştirak edir.
Şura hesab edir ki, korporasiyanın idarəedilməsi məsələləri üzrə qərarlar müstəqil direktorlar tərəfindən qəbul olunmalıdır.
16. Şuranın kənar direktorunun müstəqilliyi
«Ceneral Motors» şirkəti 1991-ci ildə kənar direktorun müstəqilliyi haqqında Əsasnaməni qəbul edib. Şura hesab edir ki, hal hazırda kənar direktorlar şirkət ilə onların müstəqilliyinə xələl gətirəcək heç bir münasibətlərlə bağlı deyildir. Şuranın işlərinin idarəedilməsi üzrə komitə müstəqil direktorların statusunun bu Əsasnaməyə uyğunluğunu hər il qiymətləndirir.
17. Sabiq baş müdirlərin şurada üzvlüyü
Şura hesab edir ki, bu məsələ hər bir konkret halda fərdi qaydada həll olunmalıdır. Fərz olunur ki, baş müdir öz vəzifəsini tərk etdiyi zaman şura üzvlüyündən də istefa verməlidir. Şura üzvlüyünün müddətinin uzadılması barədə qərarın verilməsi yeni baş müdir və şuranın səlahiyyətindədir.
Şuranın tərkibində qalan sabiq baş müdir daxili direktor funksiyasını icra edir.
18. Şura üzvlüyünə namizədlərin seçilməsi üçün meyarlar
Direktorlar şurasının işlərinin idarəedilməsi üzrə komitə şura üzvlüyünə olan tələblərə müntəzəm olaraq yenidən baxmalıdır. Bu tələblərə ixtisas müxtəlifliyi, yaş hüdudları, istehsalat texnologiyası üzrə biliklər də daxil olmaqla bacarıq əhatəsi, beynəlxalq təcrübə və s. daxildir. Bu tələblər hazırki zamanda şuranın səciyyəvi ehtiyaclarını da nəzərə alır.