3. İcraçı direktorlar
3.1. İcraçı direktorla bağlanan müqavilə səhmdarların icazəsi olmadan üç ildən artıq ola bilməz.
3.2. Böyük Britaniyada sədr də daxil olmaqla direktorlar və ən yuksək məvacibli direktorlar təqaüd daxilolmaları və səhmlərin opsionları daxil olmaqla öz gəlirləri haqqındakı göstəriciləri gizlətməməlidirlər. Əmək haqqının və işin keyfiyyətinə görə verilən mükafatların həcminin, həmçinin bu ödəmələrin hansı əsaslarla verildiyinin ayrıca göstərilməsi zəruridir.
3.3. İcraçı direktorlara təyin olunan əmək haqları bütünlüklə və ya əksərən müstəqil direktorlardan ibarət olan mükafatlar üzrə komitənin tövsiyələrinin predmetidir.
4. Məlumat və nəzarət
4.1. Şura şirkətin vəziyyətinin tarazlaşdırılmış və aydın qiymətini verməlidir.
4.2. Şura şirkət ilə auditorların obyektiv peşəkar münasibətlərini təmin etməlidir.
4.3. Şura audit üzrə tərkibində üçdən az üzv olmayan və yazılı nizamnaməsi olan komitə (təftiş komissiyası) təsis etməlidir. Nizamnamədə komitənin hüquq və öhdəlikləri aydın göstərilməlidir.
4.4. Direktorlar şirkətin təhlil üçün auditorlara təqdim olunacaq maliyyə sənədlərinin keyfiyyətli hazırlanması üzrə məsuliyyət daşıyır.
4.5. Direktorlar öz işlərində şirkətlərinin fəaliyyətdə olan konsern olmasına istinad etməlidirlər və zəruri olduqda lazımi dəlilləri təqdim etməlidirlər.
QOŞMA 3
«CENERAL MOTORS» ŞİRKƏTİNİN ŞURASININ KORPORATİV İDARƏETMƏNİN ƏN MÜHÜM PROBLEMLƏRİ BARƏDƏ TEZİSLƏRİ
(1994-cü ildə hazırlanıb)
1. Sədr və baş müdirin seçilməsi
Şura öz seçimində müstəqil olmalıdır. Şura qərar verərkən, təklif etdiyi namizədin göstərilmiş müddət üçün yaxşıların yaxşısı olduğuna əsaslanır.
Buna görə də, baş müdir və sədr vəzifələrinin eyni zamanda bir şəxsin icra etməsi və ya etməməsi, həmçinin sədr vəzifəsinə müstəqil direktorlardan və ya şirkətin əməkdaşlarından birinin seçilməsi barədə şuranın əvvəlcədən rəyi olmamalıdır.
2. Aparıcı direktor vəzifəsi
Müstəqil direktorlar öz sıralarından şuranın qəbul etdiyi qərara uyğun olaraq aparıcı direktoru seçirlər. O, müstəqil direktorların iclaslarını müntəzəm olaraq aparmağı, eləcə də müstəqil direktorların zəruri saydıqları və vaxtaşırı ona verdikləri digər tapşırıqları öhdəsinə götürür.
Hal-hazırda bu vəzifəni şuranın müstəqil sədri icra edir. Sədr vəzifəsini şirkətin əməkdaşı tutduğu halda, aparıcı direktor roluna şuranın digər üzvü seçilir.
3. Komitələrin sayı
Komitələrin hal-hazırda şirkətdə mövcud olan quruluşu optimal hesab olunur. Bununla yanaşı, şəraitdən asılı olaraq şurada yeni komitənin yaradılması, yaxud köhnəsinin ləğv edilməsi kimi zəruri hallar yarana bilər.
Hal-hazırda aşağıdakı məsələlər üzrə komitələr mövcuddur: audit, əsas ehtiyatlar, direktorlar şurasının işləri, maliyyə (əməyin ödənilməsi və mükafatlandırılması) və ictimaiyyətlə əlaqələr.
4. Komitə üzvlərinin təyinatı və rotasiyası (yerdəyişməsi)
Direktorlar şurasının işləri üzrə komitə baş müdirin razılığı və şura üzvlərinin istəklərinin nəzərə alınması ilə şura üzvlərinin müxtəlif komitələrin tərkibinə daxil edilməsi haqqında qərarlar verir.
Şura beş il və ya buna yaxın müddətdə komitə üzvlərinin rotasiyasını məqsədəuyğun sayır. Bununla yanaşı, bir sıra hallarda şuranın konkret üzvünün bu və ya digər komitənin nəzdində iş müddətinin uzadılması zəruri olur. Buna görə də, şura rotasiya müddətinin mütləq təsdiqini zəruri hesab etmir.
5. Komitə iclaslarının dövrülüyü və davamiyyəti
Komitə iclaslarının dövrülüyü və davamiyyəti menecment və işçi heyətin müvafiq nümayəndələri ilə məsləhətləşmələrdən sonra komitənin sədri tərəfindən işlənib hazırlanır.
6. Komitə iclaslarının gündəliyi
Komitə iclaslarının gündəliyi menecment və işçi heyətin müvafiq nümayəndələri ilə məsləhətləşmələrdən sonra komitənin sədri tərəfindən işlənib hazırlanır.
İlin əvvəlində hər bir komitə imkan daxilində cari ilin iclaslarının gündəliyindəki məsələlərin siyahısını dərc edir. Komitənin iş gündəliyi şura ilə razılaşdırılır.
7. Şura iclaslarının gündəliyi
Şuranın sədri və baş müdir (əgər sədr özü baş müdir deyilsə) şuranın hər bir iclasının gündəliyini tərtib edirlər.
Şuranın hər bir üzvü bu, yaxud digər bəndin gündəliyə salınması üçün təklif vermək hüququna malikdir.
8. Şuranın iclasına materialların əvvəlcədən təqdim edilməsi
Şura hesab edir ki, onun işi üçün zəruri olan məlumat və göstəricilər şura üzvlərinə əvvəlcədən yazılı şəkildə təqdim edilməlidir.
Menecerlər təqdim olunan materialların optimal ölçüləri və məlumatlılığı üzrə məsuliyyət daşıyır.
9. Təqdim olunma
Bir qayda olaraq, iclasın vaxtının qənaətli istifadəsi üçün şurada baxılacaq məsələlərin təqdimatı əvvəlcədən həyata keçirilməlidir. Şura üzvlərində təqdim olunan materiallar üzrə yalnız suallar meydana gələn zaman, həmin məsələlərə müzakirələr üçün vaxt ayrılır. Əgər təklif öz incəliyi səbəbindən yazılı verilə bilməzsə, o iclas zamanı bəyan edilir.
10. Direktorlar şurasına daxil olmayan şəxslərin iclasda daimi iştirakı
Direktorlar şurasının tərkibinə daxil olmayan, lakin sədrin yanındakı məşvərət şurasının üzvləri olan şəxsləri şura öz iclaslarının daimi iştirakçısı qismində dəvət edir.
Əgər baş müdir şura iclaslarının daimi iştirakçıları sırasında bu və ya digər şəxsləri görmək istəyirsə, həmin təklif təsdiq olunması üçün şuraya təqdim edilir.
Dostları ilə paylaş: |