Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə2/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

Şəkil 2. Frettinq korroziya
Çeşidli korroziya prosesi dağılmanın xüsusiyyəti və yaranma şəraitinə görə təsnifatlanır. Baş vermə şəraitinin müxtəlifliyinə görə korroziya prossesini aşağıdakı növlərə bölmək olar:
- qaz korroziyası –– metal materialların səthində atmosferdə olan qızmış qazların hesabına gedən korroziya (Şəkil 3.);

Şəkil 3.
- atmosfer korroziyası –– metal və polad materialların səthində atmosferdə olan nəmli qazlardan gedən korroziya (Şəkil 4.);

Şəkil 4.
- maye korroziyası –– şirin və duzlu sularda baş verən korroziya (Şəkil 5);

Şəkil 5.
- yeraltı korroziya –– torpaqda və qrunt təbəqələrində olan korroziya (Şəkil 6.);

Şəkil 6.
- quruluş korroziyası –– metal materialların qeyri – bircins olması zamanı baş verən korroziya;
- azmış və xarici cərəyan hesabına korroziya;
Korroziya hesabına baş vermiş dağılmalar xüsusiyyətinə görə iki yerə ayrılır.
1) ümumi və ya tam korroziya;
2) yerli yəni metal səthin ayrı-ayrı hissələrində baş verən korroziya.
Ümumi və ya tam korroziya prosesi üç yerə ayrılır:

  1. Müntəzəm – korroziya metalın bütün səthi boyunca bərabər sürətlə gedir. Məsələn, karbonlu poladın sulfat turşusunda korroziyası;

  2. Qeyri-müntəzəm – korroziya metalın müxtəlif səthlərində qeyri-bərabər sürətlə gedir. Məsələn, karbonlu poladın dəniz suyunda korroziyası;

  3. Seçmə – xəlitə və ya ərintinin yalnız bir quruluşu korroziya nəticəsində dağılır. Məsələn, çuqunu təşkil edən 5 ferrit quruluşunun dağılması.

Yerli korroziya ləkələrlə (latunun dəniz suyunda korroziyası), xoralarla (poladın qruntda korroziyası), nöqtələrlə (paslanmayan poladın dəniz suyunda korroziyası), kristallar arası (turş mühitdə paslanmayan poladın korroziyası), ülgücvari (qaynaq tikişlərinin korroziyası) müşahidə olunur.
Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziya probleminin araşdırılması üç göstərici əsasında təyin edilir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin