Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə4/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

Korroziyanın növləri. Yerindən istismar şəraitindən, mühitlə əlaqəsindən asılı olmayaraq, təbiətdə olan metallar, onların ərintiləri və xəlitələri ya kimyəvi, ya da elektrokimyəvi korroziyaya məruz qalır. Korroziyaya uğrayan metal mühitin aqressiv tərkib hissəsi ilə reaksiyaya girərək kimyəvi birləşmə əmələ gətirirsə, buna kimyəvi korroziya deyilir (Şəkil 8.). Belə korroziya əsasən yüksək temperaturda qazlarda və elektrolit olmayan mühitdə əmələ gəlir.
Elektrokimyəvi korroziyada oksidləşmə - reduksiya reaksiyası baş verir. Bu isə metal atom elektronun korroziya mühitindəki oksidləşdiriciyə (molekul, atoma) keçməsi ilə nəticələnir (Şəkil 7.).

Şəkil 7. Elektrokimyəvi korroziya
Elektrik cərəyanı keçirməyən məhlullarda kimyəvi korroziyanın əmələ gəlməsinə misal, yüksək temperaturda (200-4000C) sudan təmizlənmiş nefti, onun emal olunmuş məhsullarının, su ilə qatışığı olan hidrohgen-sulfidin (H2S) metalla kimyəvi təsirindən əmələ gələn korroziyasını göstərmək olar.
Kimyəvi korroziya nəticəsində əmələ gələn korroziya məhsulu bilavasitə korroziyaya uğrayan sahədə toplanır.

Şəkil 8. Kimyəvi korroziya
Elektrokimyəvi korroziya, metalların elektrik keçirən mühitində qarşılıqlı təsiri nəticəsində öz-özünə dağılmasıdır. Korroziyanın ən geniş yayılmış tipi elektrokimyəvi korroziyadır. Bu korroziya sudan, duzun sulu məhlulundan, turşudan, qələvidən, bir sözlə elektrolitin tipindən asılı deyil. Elektrokimyəvi korroziyada elektrolitin miqdarı da heç bir rol oynamır. Çünki, korroziyanı qatılığı on milli mikron olan rütubət təbəqəsi də əmələ gətirə bilər. Elektrokimyəvi korroziyanın əmələ gəlmə səbəbi metalın korroziya şəraitində termodinamiki mühitin dəyişkən olmasıdır. Elektrokimyəvi korroziyaya hidrotexniki qurğuları, gəmilər, yeraltı boru kəmərləri, turşu və qələvi mühitində işləyən avadanlıqlar məruz qalır.
1.1 Elektrolitlərdə korroziya. Elektrolitlərdə korroziya ən çox yayılmış korroziya növlərindən biri olmaqla, təbii suların və sulu məhlulların metal konstruksiyalara təsiri nəticəsində baş verir. Elektrolitlər müxtəlif olduğu kimi, onların korroziya prosesindəki rolu da müxtəlifdir. Metalların qələvi mühitindəki korroziyası elektrokimyəvi korroziyaya aiddir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin