Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə9/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

Şəkil 13. Protektor mühafizə
Passiv mühafizə.
Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq və ya sürətini azaltmaq üçün metalın təmasda olduğu elektrolizə korroziyanı yavaşıdan maddə - inhibitor əlavə edilir. Azotlu və təsirsiz qazlar (heliumneonksenon və s.) metalların korroziyasına təsir etmir.
Istehsalat təcrübəsində metalları korroziyadan mühafizə etmək məqsədi ilə ən təhlükəsiz sayılan passiv mühafizə üsulunu təmin edən inhibitorlardan geniş istifadə olunur. Inhibitorlar mürəkkəb xassəli olur, üzvi və qeyri-üzvi birləşmələrdən ibarət olur. Onlar əsasən korroziya mühitinə əlavə edilir.
inhibitor (latin sözü olub, “inhibere” – zəiflədici deməkdir) o maddəyə deyilir ki, aqressiv mühitdə metalların dağılma prosesinin qarşısını ala bilsin.
Inhibitorlar öz təsir mexanizminə görə müxtəlifdirlər. Qeyri-üzvi inhibitorlar əsasən neytral elektrolitlərdən tətbiq olunur. Üzvi inhibitorlar ən çox turşu mühitində tətbiq edilir. lakin, son tədqiqatlar göstərir ki, onlar minerallı sularda da yaxşı nəticə verirlər.
S.A. Balezin göstərmişdir ki, hər bir inhibitor mühitdən asılı olaraq müxtəlif mühafizə effekti göstərir. Korroziya mühiti, temperatur, suyun hərəkət sürəti, aqressivliyi və bir çox başqa amillər inhibitorun effektivliyinə təsir göstərir. Odur ki, bir mühitdə effektli sayılan inhibitor başqa mühitdə az effektli ola bilər.
Inhibitor metalın səthində fiziki örtük – adsorbsiya və kimyəvi birləşmə əmələ gətirir. Hər bir şərait üçün konkret inhibitor seçilməlidir, çünki, müxtəlif korroziya mühitlərində eyni müsbət nəticəni verən universal inhibitor yoxdur.
Sadə inhibitorlardan fərqli olaraq qatışıq inhibitorların hazırlanması çətin və mürəkkəbdir. Sadə inhibitorlar yalnız bir prosesi dayandırdıqları halda qatışıq inhibitorlar eyni zamanda həm katod, həm də anod prosesini dayandıra bilir ki, bu da onların sinergetik xassəli olmasını göstərir.
Hakkerman göstərmişdir ki, tərkibində azot atomlarının sıxlığı çox olan üzvi inhibitorlar metal səth tərəfindən daha yaxşı adsorbsiya olunur. Dəniz suyunda xlor ionun olması isə inhibitorun effektivliyini azaldır. Bu səbəbdən də qatışıq inhibitrolara üstünlük verilir.
Bioloji örtüyə qarşı universal, effektli sayılan mübarizə üsullarından biri də ən çox azot tərkibli fərdi və qatışıq inhibitorların tətbiqidir.


Ədəbiyyatlar



  1. “Neft-qaz qurğularının korroziyadan mühafizə üsulları” Z.S.Musayev, K.M.Məmmədov, V.V.Məmmədova, A.Ə.Mürsəlov, Bakı 2011, səh. 164.

  2. Ağa Axundovun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans mateiallar;



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin