Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə6/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

Şəkil 10. Bioloji korroziya
Ekoloji şəraitdən asılı olaraq, korroziya prosesində müxtəlif növ mikroorqanizmlər iştirak edir. Metalların mikrob korroziyası aktual bir problem olan bioloji dağılmanın bir hissəsidir.
Bioloji örtüyün əmələ gəlməsi mürəkkəb bir proses olub, 2500-ə yaxın müxtəlif mikro və makroorqanizmlərin iştirakı ilə gedir. Gəminin su altında qalan hissəsində çəkisi 30 kq/m2-ə çatan bioloji örtüyə təsadüf edilmişdir.
Dövrü su təchizatı sistemlərində bioloji örtük, mikroorqanizmlərin məcmusundan ibarət olub, istilik işlədici aparatların səthində toplanır və inkişaf edir. Bioloji örtüyün əsas komponenti bakteriyalardır. Bu örtük bakteriya təbəqəsinin əmələ gəlməsi ilə başlayır. Bakteriayalar sürətlə inkişaf və çoxalmaq xasəsinə malikdir. Suda bioloji örtüyün çoxalmasını suyun oksidləşməsi ilə müəyyən etmək olar. Suyun osidləşməsi isə onun üzvi maddələrlə çirklənməsinə səbəb olur. Eyni şəraitdə oksidləşmə nə qədər çox olarsa, bioloji örtüyün əmələ gəlmə intensivliyi bir o qədər sürətli olar.
Bioloji örtük mexaniki qatışıqların çoxalması ilə əlaqədar olaraq, əsasən müntəzəm korroziya elementləri yaradaraq nöqtəvi korroziyanı intensivləşdirir. Bəzi hallarda sulfadreduksiyaedici bakteriyaların inkişafı ilə H2S ayrılaraq nöqtəvi korroziyanı sürətləndirir.
Uzun müddət aparılan tədqiqatlar göstərmişdir ki, dəniz suyundan dövrü su təchizatı sistemlərində istifadə etdikdə metallar üçün qorxulu olan aqressiv bioloji örtüyün əmələ gəlməsi aparat, qurğu, boru və polad nasosların korroziyasına daha da sürətləndirir. Bioloji təbəqənin səthdə qeyri-bərabər paylanması nəticəsində əmələ gələn bu proses səthdə elektrokimyəvi korroziyanın baş verməsi ilə izah olunur. Sənaye su təchizatı sistemlərində bioloji örtük əsasən 37-390 C temperatur intervalında inkişaf edir. Su təchizatı sistemlərində bioloji örtük ən çox açıq sututarlarda, soyudulan istilik dəyişdirici aparatların səthində əmələ gələn korroziyanı sürətləndirir. Bəzi hallarda, suyun yüksək axma sürətində səthə zəif yapışan bioloji örtüklər qoparaq su borularına tökülür, nasosun en kəsiyinin diametri azalır, faydalı iş əmsalı aşağı düşür. Bu isə öz növbəsində texnoloji prosesə olduqca mənfi təsir göstərir.
Bioloji örtüyün bu mənfi xüsusiyyətini nəzərə alaraq onun fiziki-kimyəvi və bioloji tərkibini öyrənmək üçün Xəzər dənizinin suyunda bir sıra bu istiqamətdə tədqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, Xəzər dənizində bioloji örtük əmələ gətirən orqanizmlərin intensiv inkişafı dəniz suyunun 20-270 C olduğu zaman (iyul, avqust, sentyabr ayının ilk günləri) baş verir. Sənaye su təchizatı sistemlərində dəniz suyundan istifadə zamanı ən çox müşahidə edilən bioloji örtük – göbələklər, molyuskalar, yaşıl yosunlardan ibarət olan infizorlardır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin