Onlara amansızlıq, qəddarlıq xasdır- bunlar qorxu yaradan keyfiyyətlərdir. Qorxu isə öz növbədsində həm sözsüz tabeçiliyi təmin edir, həm də qrup üzvlərində liderə qarşı sadiqliyi.
Lakin ifşa oluna bilmə qorxusu liderlərdə yüksək şübhəlilik, qisasçılıq, güzəştə getmədən hamıya qarşı amansız xarakter xüsusiyyətləri formalaşdırır.
Müşahidələr göstərir ki, həbs edilmiş əksər liderlərdə nevrozlar, psixopatik pozuntular, psixi normadan digər yayınmalar müşahidə olunur.
Liderlərin 2 tipini fərqləndirirlər: I tip- cinayətkar qrupun təhlükəsizliyini təmin etmək məqsədi ilə özünəməxsus kriminal məsləhətçi funksiyasını yerinə yetirir. Qrup üzvlərini bəzi səhv addımlardan çəkindirir, eyni zamanda cinayət törətmək qərarını stimullaşdırır.
II tip- təşkilatçı lider-bu tip lider çox yüksək dərəcədə cəmiyyətə zidd meyllə, neqativ şəxsi yönümlə xarakterizə olunur. O, cinayətin törənməsi üçün müvafiq şərait axtarır və bu yolda qarşıya çıxan maneələri aradan qaldırır.
Qrupda müxalifətdə qalanlar da olur. Onlar öz statuslarından razı olmur. Liderlərdən, onun iş üslubundan narazılıq edir. Onlar arasında münaqişəli münasibətlər, liderliyi ələ keçirmək, öz cinayətkar qrupunu yaratmaq meyli təzahür edir. Bütün bunlar isə konfliktli münasibətlərə səbəb olur.
IV-kommunikativ yarımstruktur- hər bir kriminal qrupda kommunikativ şəbəkə olur. Kommunikativ yarımstruktur qrupun cinayətkar fəaliyyətinin səmərəli olması naminə zəruri informasiyaların toplanmasını, işlənilməsini, hifz edilməsini, bu informasiyanın qrup üzvlərinə çatdırılmasını əhatə edir.
Bu baxımdan qrupda kommunikativ şəbəkə 2 tipdə ola bilər:I-mərkəzləşmiş-bu şəbəkədə qrup üzvlərindən biri informasiya axınının mərkəzində olur və bütün informasiya bu şəbəkə vasitəsi ilə qrupun digər üzvlərinə çatdırılır.
II-mərkəzləşməmiş – bu halda kiçik qrupun bütün üzvləri bərabər səviyyədə informasiyanı qəbul edir, informasiyanın ötürülməsində iştirak edir.
Qeyd edək ki, istənilən cinayətkar qruplarda 3 əsas həlqəni fərqləndirirlər: