Криминал психолоэийа


Adları yuxarıda qeyd olunmuş digər qrupların izahı ilə növbəti təsnifatda ətraflı tanış olacağıq



Yüklə 183 Kb.
səhifə3/8
tarix13.12.2022
ölçüsü183 Kb.
#74523
1   2   3   4   5   6   7   8
Mühazirə 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası

Adları yuxarıda qeyd olunmuş digər qrupların izahı ilə növbəti təsnifatda ətraflı tanış olacağıq.
Ən geniş yayılmış digər təsnifat isə daha çox diqqəti cəlb edir:
1. Cinayətkar qrupların ən primitiv tipinə təsadüfi qruplar aid edilir. Bu qruplar 2 və daha artıq icraçıdan ibarət olur. Belə qruplarda hələ lider müəyyənləşməyib. Cinayət isə iştirakçıların emosiya və əhvallarının təsiri altında, qəfildən törədilir. Qrup üzvləri arasında həmrəylik yoxdur. Bu səbəbdən də ifşa olunduqda qrup üzvləri bir-birini müdafiə etmir. Adətən təsadüfi qruplar kriminal təcrübəsi olmayan gənclərdən və psixopatlardan ibarət olur.
2. Sadə cinayətkar qruplar - üzvlərinin sayı 2-4 nfərdən ibarət olur. Onları ümumi cinayətkar məqsədlər birləşdirir. Bu qrupda lider müəyyənləşdirilməyib. Münasibətlər qarşılıqlı etibar və dəstəyə əsasında qurulur. Cinayəti törətmək haqqında qərar birgə qəbul edilir və icra edilir. Baxmayaraq ki, bu qruplarda mürəkkəb struktur mövcud deyil, onun üzvləri arasında həmrəylik var. Qrupda həmrəylik var. Ciddi tabe­çilik yoxdur. Maksimal davam etmə müddəti 3 il­dir. Talançıları, dələduzları, mənzil oğ­ru­larını, yetkinlik yaşına çatmaya­n­ları və s. özündə birləşdirir.
3.Mürəkkəb cinayətkar qruplar -yüksək səviyyədə təşkil olunmuş daha təhlükəli kriminal birlikdir. Burada lider müəyyənləşib. Sabit ierarxik quruluş, ciddi birlik, həm­rəylik var. Törədilən cinayəti, onun yerini vaxtını, törənmə üsullarını əvvəlcədən planlaş­dırırlar. Uzun müddət ərzində cinayətkarlıqla biz­nes kimi məşğul olurlar (kontrabanda, soyğunçuluq, avtomobil oğurluğu, dələ­duz­luq .)
4. Mütəşəkkil cinayətkar qruplar-cinayətkar fəaliyyətlə aktiv olaraq məşqul olan insanları birləşdirir. 2 növü var: -komanda(briqada)- eyni məkandan olan üzvlərini 1-1-i ilə tanışlıq bir­ləş­di­rən şəxslərdən ibarətdir. icmalar-üzvlərini eyni milliyyət bir­ləş­dirir, müəyyən rayon ərazi üzə­rin­də nəzarət uğrunda mübarizə apa­rırlar (ticarət obyektlərindən haqq tə­ləb edir­­lər) və s.

Yüklə 183 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin