Криминал психолоэийа


II-Kriminal qrupların şəxsiyyətlərarası münasibətlər yarımstrukturu



Yüklə 183 Kb.
səhifə8/8
tarix13.12.2022
ölçüsü183 Kb.
#74523
1   2   3   4   5   6   7   8
Mühazirə 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası

II-Kriminal qrupların şəxsiyyətlərarası münasibətlər yarımstrukturu- qrup üzvləri arasında mövcud olan real münasibətləri əhatə edir. Bu struktur ilk növbədə cinayətkar qrupun hər bir üzvünün qrupdakı yerini müəyyənləşdirməyi tələb edir. Kriminal qrupun üzvləri müxtəlif statusa malik olur.
Bu baxımdan qrup üzvləri arasında avtoritetə malik olan –lideri, aktivləri- bura yüksək statuslu qrup üzvlərini, orta və aşağı statuslu qrup üzvlərini, nəhayət passivləri-qrupda təcrid olunmuş qrup üzvlərinin etinasız münasibət bəslədikləri autsaydeyrləri fərqləndirirlər.
III-funksional münasibətlər və rol strukturu-cinayətkar qrupların hər bir üzvü orada müxtəlif rol və funksiyaları icra edir. Bu baxımdan aşağıdakıları fərqləndirirlər:
1. Lider – sabit antisosial yönümə malikdir. Öz ətrafında ən mənəviyyatsız qrup üzvlərini birləşdirib. Bütün qrupun cinayətkar fəaliyyətini təşkil edir. O heç də həmişə ən güclü qrup üzvü deyil. Lakin yaxşı fiziki hazırlığa malik, çox hiyləgər, qəddar və əsaslı kriminal təcrübəyə malik bir insandır.
2. Avtoritet – qrupun «düşünən beyni»dir. Cəsarət və qətiyyətdə liderdən geri qalsa da intellektdə ondan üstündür. Qrupda əsas funksiyası- liderin məsləhətçisi.
3. Yaltaq- qrup üzvlərinin nifrətini qazanmış şəxsdir. Lider onu cəzalandırmaqla qrupdaxili gərginliyi aradan qaldırır.
4. Marionetka əsas funksiyası digər qrup üzvlərinə liderə münasibətdə etalon davranış nümayiş etdirmək, onun tapşırıqlarını icra etməkdir.
5. Təlxək o lider tərəfindən toxunulmaz elan edilmişdir. Hər qrup üzvünü məsxərəyə qoymaq hüququa malikdir.
6. Narazılar- müxalifətdə qalmış və liderdən narazı olanlardır.
7. İcraçılar- əsas funksiyası kriminal qrupun ən riskli işlərini icra edirlər
8. Autsayderlər qrupda heç bir hüququ olmayan qrup üzlərinin aqressiya obyektidir. Bura qrupun ən qorxaq üzvləri və keçmiş narazılar aid edilir.


Yüklə 183 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin