Криминал психолоэийа


Aşağı səviyyədə icraçılar



Yüklə 183 Kb.
səhifə7/8
tarix13.12.2022
ölçüsü183 Kb.
#74523
1   2   3   4   5   6   7   8
Mühazirə 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası

Aşağı səviyyədə icraçılar

  • Orta səviyyədə təşkilatçı-nəzarətçilər və təhlükəsizlik həlqəsi

  • Yuxarı səviyyədə isə lider

    Göründüyü kimi, cinayətkar qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifələri ifadə edir. Hər bir cinayətkar qrup özünün müəyyən məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir: onları rəğbətləndirir və ya cəzalandırır. Cinayətkar qrupların inkişafı prosesində qrup üzvləri tərəfindən işlənilmiş və qəbul edilmiş normalar formalaşır və möhkəmlənir. Kriminal qrup normalarına və sərvətlərinə onun bütün üzvləri tərəfindən riayət edilməlidir. Məsələn, bir çox qrup liderləri aşağıdakı qaydaları qoyur:
    1. Ambisiya qaydası- mən və mənim qrupum dünyanın ən yaxşı qrupudur. Kim buna şübhə edirsə qrupun düşmənidir.
    2. Alçaltma qaydası- kimsə öz liderə öz üstünlüyünü nümayiş etdirirsə, bu liderə qarşı hörmətsizlik kimi qəbul edilir və o düşmən elan edilir.
    3. Ranq müvafiqliyi- qrupda yüksək mövqedə olanlar ranqca aşağı olanlara öz üstünlüyünü nümayiş etdirməlidir.
    4. Cavab vermə qaydası-eyni ranqlı insanlardan kimsə o birinə öz üstünlüyünü nümayiş etdirirsə şəxs onun cavabını verməlidir.
    5. Qurbanlıq keçi qaydası- qrupda uğursuzluq və gərginlik zamanı bunda narazılar təq­sir­ləndirilir. Bütün qrup üzvləri, o cümlədən autsayderlər onları cəzalandırır.
    Cinayətkar qruplar kiçik qrupun bir növü olub özünəməxsus struktura malikdir. Cinayətkar qrupun strukturunda 4 yarımstrukturu fərqləndirirlər:
    I-kompazisyon
    II-şəxsiyyətlərarası münasibətlər və ya sosiometrik yarımstruktur
    III-funksional münasibətlər
    IV-kommunikativ
    I-Kompazisyon yarımstruktur- cinayətkar qrup üzvlərinin sabit sosial-psixoloji xarakteris­tikasının məcmusunu əhatə edir. Bu baxımdan cinayətkar qruplar qrupun aşağı və yuxarı həddi, qrup üzvlərinin yaş, cins və milliyəti kimi sosial-demoqrafik xüsusiyyətləri, eləcədə onların kriminal təcrübəsi haqqında məlumatlara əsasən xarakterizə edilir.
    Cinayətkar qrupların aşağı həddi cinayət qanunvericiliyi ilə müəyyənləşdirilib (2 və daha artıq). Yuxarı həddi isə 1000 nəfərə qədər hesab olunur. Bəzi sosial psixoloqlar cinayətkar qrupların sayının qrup daxilində sosial psixoloji fenomenlərə təsir göstərməməsini qeyd etsə də, kriminal praktika bunun əksini göstərir. Belə ki, kriminal qrupların üzvlərinin sayı artdıqca onun kriminal təhlükəsi artır.
    Cinayət qrup üzvlərinin tərkibini yaş, cins, milliyət, kriminal təcrübə və s. parametrləri ilə səciyyələndirirlər.
    Yaş meyarları baxımından müəlliflərdən Pirojkov kriminal qrupların aşağıdakı növlərini fərqlən­dirir:
    I-uşaq asosial qrupları (8-11 yaş)
    II-yeniyetmələrin kriminal qrupları (11-15 yaş)
    III- gənclərin kriminal qrupları (15-17 yaş)
    Bu təsnifatda qrup üzvlərinin yaşlarının yaxınlığı qruplaşma prosesinin sürətləndirir və kriminal mobilliyi yüksəldir.
    Cins meyarı baxımından üzvləri eyni cinsili(yalnız kişilərdən və ya yalnız qadınlardan ibarət) və qarışıq (həm kişilərdən, həm də qadınlardan ibarət) olan qrupları fərqləndirirlər.

    Yüklə 183 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin