Криминал психолоэийа


Bandalar-dövlət müəssisələrinə, ayrı-ayrı vətən­daşlara hücum etmək məqsədi ilə yara­dılmış silahlı qruplaşmadır



Yüklə 183 Kb.
səhifə4/8
tarix13.12.2022
ölçüsü183 Kb.
#74523
1   2   3   4   5   6   7   8
Mühazirə 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası

5. Bandalar-dövlət müəssisələrinə, ayrı-ayrı vətən­daşlara hücum etmək məqsədi ilə yara­dılmış silahlı qruplaşmadır. Bandaların 3 növünü fərqləndirirlər:
-Klassik bandalar-banklara, inkas­sator­la­ra, muzeylərə, mənzillərə açıq silahlı bas­qın
-İxtisaslaşmış bandalar-1 və ya 2 cinayət növündə ixtisaslaşır.
-Sifarişlə işləyən bandalar-sahibkarlara təzyiq edərək onlara mülkiyyət və fiziki xarakterili ziyan yetirir, özləri cinayətkar qrupa daxil olmur. Sadəcə liderin sifarişini yerinə yetirir.
6. Cinayətkar təşkilat-qatı xüsusilə amansız cinayətlərin törədilməsi məqsədi ilə yaranmış çox sıx birliyi olan cinayətkar təşkilatdır. 4 tipi var:
-Yalançı sahibkarlar – maliyyə kələkləri ilə məşğul olur, qanunsuz kreditlər əldə edir. Qanunsuz özəlləşdirmə həyata keçirir və s.
-Qanqsterlər-əsas fəaliyyət növü reketdir. Əsas obyektləri yalançı sahibkarlardır. Onlara təzyiq göstərərək ortaq razılığa gəlir cinayət yolu ilə əldə edilmiş kapitalları birləşdirir və birlikdə mühafizə edirlər.
-Korrupsionerlər-dövlət məmurları qrupudur. Onlar pul müqabilində yalançı sahbikarlara qanunsuz güzəştlər təqdim edərək onlarla birlikdə qanunsuz əldə etdikləri gəlirləri bölüşdürürlər. Cinayət təqibi zamanı cinayətin izlərini ört-basdır etməyə yardım edirlər.
-Kordinatorlar-qanun oğruları və avto­ri­tet­lərdən ibarətdir. Yuxarıda sadalananların hər birini nəzarətdə saxlayır.
7. Mafiya-Gizli fəaliyyət göstərən cinayətkar təş­ki­latdır. Klassik mafiya aildə mode­li­nə əsaslanır. Hər mafiya üzvü üçün ai­lə­­yə hörmət etmək və ondan nümunə gö­tür­mək əsasdır. Mafiyanın üzvləri öz ara­larında qardaş kimi bərabərdirlər. Söz­süz ataya-kapoya tabe olmalıdırlar. Omerta (susmaq) və ven­det­ta (qan inti­qa­mı) qanunlarına ciddi riayət et­məlidir. Polisə müraciət etməməli, mafi­ya­nın fəaliyyəti açıq-aşkar bəlli olsa belə onun mövcudluğunu inkar etməli, onun da­xi­lin­də öz vəzifəsi haqqında heç kimə mə­lu­mat verməməlidir və s.

Yüklə 183 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin