Krizisin kliniki əlamətləri
Depressiya
Həyəcan, yüksək halsızlıq, gərəksizlik hissi, intihara dair
fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor
tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik
simptom və şikayətlərlə müşayiət olunan, əhval-
ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.
Tibbi kontekstdə depressiya – ümidsizlik, əzginlik və
kədər halından fərqlənir və tibbi yardımın göstərilməsini
tələb edir. Bir əlamət və ya sindrom kimi depressiya bir
çox somatik və ya psixi xəstəliklərin əlaməti və ya nəticəsi
kimi meydana gələ bilər.
Epidemiologiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur
kişilər arasında 2,5-10%-dək rast gəlinir
qadınlar arasında 5-20%-dək rast gəlinir
Irsi meyillilik olanlarda 1.5-3 dəfə daha çox
təsadüf olunur
Uşaqlar arasında 2% -dək rast gəlinir
Yeniyetmələr arasında 4-8%-dək rast gəlinir
Depressiyanın
gedişi və nəticələri
Ən çox 25-30 yaş arasında başlayır.
Qəfildən və ya bir neçə gün və həftə ərzində tədricən inkişaf edə bilər.
Davamlığı bir neçə aydan bir neçə ilədək tərəddüd edir.
Müalicə olunmadan yaşanan depressiv epizod adətən 6-9 ay davam
edir
1-ci epizoddan sonra residiv təhlükəsi 50%
2-ci epizoddan sonra 75%
3-cü epizoddan sonra 90% təşkil edir
20% hallarda, xüsusilə də adekvat müalicə olunmayan hallarda,
depressiya xroniki xəstəliyə çevrilir və remissiya olmadan keçir.
Depressiyadan əziyyət çəkən şəxslərin 15-20%-i həyatlarına intiharla
son qoyurlar
İKİ ZƏRURİ SUAL
Əhvalınızın enməsini, ruh düşkünlüyü və ya
tənhalıq hiss edirsinizmi?
Adətən Sizin üçün xoş olan məşğuliyyətə
marağın və aldığınız zövqün enməsini müşahidə
edirsinizmi?
DEPRESSİV POZUNTUNUN
DİAQNOSTİKASI
Depressiyanın əsas əlamətləri:
Pasiyent üçün qeyri-normal hesab edilən
səviyyəyədək uzun müddət əhvalın enməsi
Adətən pasiyent üçün xoş olan məşğuliyyətə aydın
formada marağın və alınan zövqün azalması
Demək olar ki, hər gün müşahidə edilən yorulma və
güc tükənməsi.
Depressiyanın əlavə əlamətləri:
Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi
Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi
Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı
Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması
Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor
fəallığın pozulması (subyektiv və ya obyektiv)
İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq-
süstlük)
Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi
(artması və ya azalması)
De
pressiyanın ağırlığı
Yüngül depressiya epizodu (F32.0) – əsas əlamətlərdən ən azı 2-
si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 4-dən az
olmayaraq)
Orta dərəcəli depressiya epizodu (F32.1) – əsas əlamətlərdən ən
azı 2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 6-dan
az olmayaraq)
Psixotik əlamətlərsiz ağır depressiya epizodu (F32.2) – əsas
əlamətlərin hər üçü və əlavə əlamətlər müşahidə olunur (ümumi
sayda 8-dən az olmayaraq)
Psixotik əlamətlərlə ağır depressiya epizodu (F32.3) –
sayıqlama, qarabasma və ya depressiv stupor zamanı
diaqnozlaşdırılmalıdır.
Bu
halda
özünügünahlandırma
sayıqlamaları, ipoxondrik məzmunlu münasibət daha xarakterik
mövzulardandır.
Depressiyanın səbəbləri və risk
faktorları
Psixoloji faktorlar arasında aşağıdakılar böyük əhəmiyyət daşıyır:
uşaq vaxtı keçirilmiş psixoloji travmalar,
ailədaxili və şəxsiyyətlərarası problemlər,
həyatda baş verən önəmli dəyişikliklər,
yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər,
tənhalıq
Depressiyanın inkişafına təkan verə biləcək sosial faktorlar arasında aşağıdakıları qeyd etmək olar:
müharibə, təbii fəlakətlər, bədbəxt hadisələr daxil olmaqla arzuedilməz sosial dəyişikliklər,
kasıblıq,
işsizlik,
cinayətkarlıq,
sosial müdafiənin olmaması.
Bioloji faktorlardan depressiya zamanı aşağıdakılar vacib rol oynayır:
depressiyaya irsi meyllilik,
bəzi somatik xəstəliklər (xüsusilə xronik və residivverici),
alkoqol və narkotiklərin qəbulu,
bəzi medikamentlərin qəbulu (hipotenziv vasitələr, H2 blokatorlar, kortikosteroidlər,
estrogenlər/progesteronlar, interferonlar, yağda həll olan β- blokatorlar).
Diqqətinizə
görə
minnətdaram
Dostları ilə paylaş: |