24. XIX əsrin sonu, XX əsrin əvvəllərində Latın Amerikasında beynəlxalq vəziyyət
XX əsrin əvvəllərində Latın Amerikasında beynəlxalq münasibətlərin səciyyəvi cəhəti ABŞ-m bu regionda nüfuzunun artması və öz ətrafında region dövlətlərini birləşdirməsi cəhdləri ilə bağlı idi. ABŞ hökuməti bu illərdə həm Panama kanalının tikintisini, həm də açılışdan sonra onun üzərində nəzarəti əlində cəmləşdirdi. 1901-ci ildə ABŞ-la İngiltərə arasında kanalın tikilməsi qaydası və onun gələcək rejimi haqqında müqavilə imzalandı. Müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. Bundan başqa, müqavilə hələ 1850-ci ildə iki ölkə arasında imzalanmış Kleyton-Bulver müqaviləsində nəzərdə tutulan gələcək kanalın bitərəfləşdirilməsi haqqmda prinsipi təsdiq etdi. Panama kanalı bərabər hüquq əsasmda bütünmillətlərin hərbi və ticarət gəmilərinin üzməsi üçün azad elan edildi. Kanal üzərində bitərəfliyə və azad gəmiçiliyə nəzarəti ABŞ təmin etməli idi. Bu məqsədlə ABŞ hökuməti kanal zonasında silahlı mühafizə dəstələri saxlaya bilərdi. 1902-ci ildə ABŞ hökuməti kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ilin yanvarında ABŞ və Kolumbiya hökumətləri müvafiq müqavilə bağladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi. Lakin Kolumbiya konqresi bu müqaviləni rədd etdi. Belə olduqda AElŞ Kolumbiyaya təzyiqlər etdi. 1903-cü ilin noyabrında Birləşmiş Ştatların yardımı ilə Panama Respublikası yaradıldı. ABŞ yeni yaradılan bu dövləti dərhal tanıyaraq onunla münasibətlər qurdu. Regionda Kolumbiyanın nüfuzu xeyli aşağı düşdü. Kanalm tikintisi 1914-cü ildə qurtardı. XX əsrin əvvəllərində ABŞ-m nüfuzu Karib dənizi hövzəsi ölkələrində genişləndi. ABŞ hökuməti bu ölkələrin iqtisadi, siyasi və hərbi inkişafından ötrü onlara kreditlər ayırdı. ABŞ-m bu siyasəti «dollar diplomatiyası» admı aldı.
Latın Amerikasında beynəlxalq münasibətlərin səciyyəvi cəhətlərindən biri ABŞ və İngiltərə arasında bu regionda nüfuz dairəsi uğrunda kəskin mübarizə idi. ABŞ diplomatiyası İngiltərəni Latm Amerikasından vurub çıxartmaq və onun nüfuzunu sarsıtmaq istəyirdi. Almaniya ilə kəskin ziddiyyətləri olan İngiltərə isə ABŞ ilə münaqişədən qaçmağa can atırdı. İngilis diplomatiyası ABŞ-la ziddiyyətləri dinc yolla nizama salmağa çalışırdı. Belə şəraitdə ABŞ bazarlarında alman ticarət rəqabətinin artması Vaşinqtonu narahat etdiyindən o da İngiltərə ilə birbaşa münaqişədən qaçmağa, təhlükəli rəqib olan Almaniyanı sıxışdırmağa çalışırdı. ABŞ Almaniya və İngiltərəyə qarşı diplomatik mübarizədə Latm Amerikası ölkələrindən istifadə etmək istəyirdi.
Dostları ilə paylaş: |