Krım müharibəsinə səbəb olan amillər


Çin-Yapon müharibəsi (1894-1895) və onun beynəlxalq münasibətlərə təsiri



Yüklə 52,19 Kb.
səhifə23/28
tarix02.01.2022
ölçüsü52,19 Kb.
#35788
1   ...   20   21   22   23   24   25   26   27   28
1. sualin cavabi

26. Çin-Yapon müharibəsi (1894-1895) və onun beynəlxalq münasibətlərə təsiri

XIX əsrin 90-cı illərinin ortalarından etibarən Uzaq Şərq böyük dövlətlərin xarici siyasətinin mərkəzində durdu. Yaponiya, ABŞ və İngiltərə Uzaq Şərqdə öz işğalçı siyasətlərini genişlətmişdilər. Çar Rusiyası da dünyanın ən güclü imperialist dövlətlərinin Koreyada ağalıq etmək və Çini bölüşdürmək uğrunda mübarizəsinə fəal surətdə qoşuldu. Yaponiya silahlı yolla Koreyanın qapılarını açdı və 1882-ci ildə Koreya ərazisində qoşun saxlamaq ixtiyarı aldı. 1894-cü ildə Yaponiya ordusu Çin qoşunları ilə birlikdə Koreyada baş vermiş üsyanı yatırdı. Yaponiya həmin silahlı müdaxilədən istifadə edərək 1894-cü ilin iyulunda Koreya ilə hərbi ittifaq bağladı. Bu hərbi ittifaq Çinə qarşı yönəldilmişdi.

1894-cü il iyulun axırlarında Yaponiyanın təşəbbüsü ilə Yapon –Çin müharibəsi başlandı. Zəif Koreya əvəzinə gələcəkdə güclü Yaponiya ilə qonşu olmağı özünə mənfəətli hesab etməyən Rusiya, müharibə edən tərəfləri diplomatik yolla status kvo saxlamaq əsasında sülh sazişi bağlamağa təhrik etməyə çalışırdı. Yaponiya ABŞ və İngiltərənin yardımına arxalanaraq Rusiyanın müdaxiləsini rədd etdi. Yaponiya geridə qalmış Çinin silahlı qüvvələrini tez bir zamanda məğlub etdi və onun donanmasını batırdı. 1895-ci ilin aprelində tərəflər arasında Simonosek sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Çin Koreyanı itirərək, onun istiqlaliyyətini tanıdı. Lakin Koreya formal surətdə müstəqil oldu. Yaponiya Lyaodun yarımadasını, Tayvan adasını, Peskador adalarını aldı. Çin 7 il ərzində çoxlu təzminat verməli idi.

ABŞ və İngiltərə Yaponiyanın işğalçılıq siyasətini müdafiə edirdilər, lakin çar hökuməti Asiya qitəsində Yaponiyanın möhkəmlənməsinə yol verməmək istəyirdi. Fransa və Almaniya hökumətləri tərəfindən müdafiə edilən Rusiya Yaponiyaya Lyaodundan əl çəkməyi məsləhət gördü. Qüvvələrin həqiqi nisbətini nəzərə alaraq Yaponiya təzminatın artırılması əvəzində (30 milyon) Lyaodun yarımadasından əl çəkməyə məcbur oldu.

1894-1895-ci illər Yapon-Çin müharibəsi böyük dövlətlərin təcavüzkar hərəkətlərinin güclənməsində, Uzaq Şərqdə onların arasındakı ziddiyyətlərin kəskinləşməsində böyük rol oynadı. Rus kapitalının Çin və Koreyaya daxil olması gücləndi.

Bu özünü 1895-ci ildə Rus-Çin bankının təşkil edilməsində göstərdi ki, bu banka fransız kapitalı da qoyulmuşdu. Rusiya hökumətinin təminatı ilə Çin başqa Avropa dövlətlərinin təklif etdiklərindən daha əlverişli şərtlərlə borc (yaponlara təzminat vermək üçün) aldı.




Yüklə 52,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin