Krım müharibəsinə səbəb olan amillər


Rus-Yapon müharibəsi (1904-1905) və onun beynəlxalq münasibətlərə təsiri



Yüklə 52,19 Kb.
səhifə24/28
tarix02.01.2022
ölçüsü52,19 Kb.
#35788
1   ...   20   21   22   23   24   25   26   27   28
1. sualin cavabi

27. Rus-Yapon müharibəsi (1904-1905) və onun beynəlxalq münasibətlərə təsiri

Yaponiya hakim dairələrində Rusiya ilə münasibətlərin inkişafına iki baxış var idi. Birincinin tərəfdarları Rusiya ilə danışıqların və Yaponiya üçün əlverişli sazişlərin bağlanmasını mümkün hesab edirdilər. Bu istiqaməti Yaponiyanın baş naziri X. İto təmsil edirdi. O, “Koreya-Yaponiyaya, Mancuriya-Rusiyaya” düsturu üzrə sazişin tərəfdarı idi. İkincilər Yaponiyanın müharibəyə daha yaxşı hazırlandığını əsas gətirərək Rusiya ilə müharibəyə başlamağı təklif edirdilər, yapon-ingilis danışıqlarının getdiyi bir vaxtda Katsuranın başçılığı ilə bu qrup hakimiyyətə gəldi. Yaponiya müharibəyə güclü siyasi hazırlıq görməyə başladı. İngiltərə ilə Yaponiya arasında 1902-ci ilin yanvarında ittifaq müqaviləsi imzalandı. Müqaviləyə görə, İngiltərə Çində və xüsusilə Koreyada Yaponiyanın siyasi və iqtisadi mənafelərini, Yaponiya isə Çində İngiltərənin mənafelərini qəbul edirdi. Tərəflərdən biri Koreya və ya Çin üstündə müharibə apardıqda, digər tərəf bitərəf mövqe tutmalı və başqa dövlətlərin öz müttəfiqinə qarşı çıxmasına mane olmalı idi.

Üçüncü bir dövlət müdaxilə etdiyi halda, ikinci tərəf öz müttəfiqinə köməyə gəlməli idi. Beləliklə, Fransa və ya digər bir dövlət Rusiyanın tərəfində çıxış etsəydi, Yaponiya İngiltərədən yardım almalı idi. Rusiya ilə müharibə baş verəcəyi halda, Yaponiya Avropa dövlətlərinin müdaxiləsinin qarşısını almış olurdu. İngiltərə ilə Yaponiya arasında ittifaq bağlanması Rusiyanı Çinə güzəştə getməyə məcbur etdi. Rusiya 1902-ci il martın 26-da Çinlə bağladığı yeni sazişlə il yarım ərzində öz qoşunlarını Mancuriyadan çıxarmağı öhdəsinə götürdü. Rusiyanın götürdüyü öhdəçiliyi yerinə yetirməməsi Yaponiyanın Rusiya ilə müharibəsini qarşısıalınmaz edirdi.

1902-1903-cü illərdə İngiltərə, ABŞ və Yaponiya Çinlə yeni ticarət müqavilələri bağladılar. Müqavilədə Mancuriyada ticarət üçün yeni məntəqələr açılması tələbi var idi. Müharibəyə hazırlığını gizlətmək məqsədilə Yaponiya 1903-cü ilin yayında Rusiya ilə diplomatik danışıqlar aparmağa başladı. Rusiya hökuməti danışıqları uzadırdı.

Danışıqların mərkəzində Mancuriya məsələsi dururdu, ancaq Koreya məsələsi də mühüm yer tuturdu. Lakin Rusiya tərəfi Koreya məsələsində güzəştə getməyə hazır olsa da, Mancuriya məsələsində güzəştə getmək istəmirdi. Rusiya diplomatiyası belə bir müddəanı müdafiyə edirdi ki, Mancuriya məsələsi yalnız Rusiya və Çinə aid olan məsələdir. Müharibənin qaçılmaz olduğunu görən Rusiya Mancuriya məsələsində də güzəştə hazır olduğunu bildirdi. Lakin Yaponiya tərəfi müharibə istəyirdi, 1904-cü ilin yanvarın 27-də tərəflər arasında hərbi əməliyyatlar başladı.

Bu müharibə xammal mənbələri və satış bazarları uğrunda Çinin bölüşdürülməsinə çalışan kapitalist dövlətləri arasındakı ziddiyətlər nəticəsində baş verdi. Yaponiya ilk zərbəni Rusiyanın Port-Arturda duran Sakit okean donanmasına vurdu. Çar Rusiyası vaxtında Uzaq Şərqdə lazımi qüvvə toplaya bilmədi. İlk böyük vuruşma Tyurençen yaxınlığında baş vedi və rusların məğlubiyyəti yaponların Mancuriyaya yolunu aşdı. 1904-cü il iyulun 17-də bilavasitə Port-Artur qalası uğrunda mübarizə

başlandı. Qalanın qurudan müdafiyəsinə Kondratenko rəhbərlik edirdi, o müdafiyəni təkmilləşdirmək üçün mümkün olanı edir və müdafiyəçiləri möhkəm dayanmağa həvəsləndirirdi. Avqustun 3-də Yapon komandanlığı ruslara qalanı təslim etməyi təklif etdi. Yaponların bu təklifi rədd edildi. Avqustun 6-da qalaya ümumi hücum başlandı. Yaponların avqust hücumu müvəffəqiyyətsizliyə uğradı. Lakin yaponlar Mancuriyada yeni uğurlar əldə etdilər. Yaponlar bütün qüvvələrini PortArtura cəmləşdirdilər. Bu isə Port-Arturun süqutuna səbəb oldu. Rus-yapon müharibəsi zamanı Rusiyanın xarici siyasi vəziyyəti olduqca pisləşdi. 1905-ci il mayın 24-də II Nikolayın sədrliyi altında keçirillən xüsusi hərbi müşavirə Yaponiya ilə sülh danışıqlarına başlamağa qərar verdi. Sülh danışıqları Portsmutda aparılırdı. Müqavilə 1905-ci il sentyabrın 5-də Portsmutda imzalandı. Müqavilənin şərtlərinə görə Çar Rusiyası Koreyada öz mövqeyini itirir və Yaponiyanın iqtisadi, siyasi, hərbi mənafe dairəsi olduğunu qəbul edirdi. Port-Arturun icarəsinə dair öz hüququnu Yaponiyaya verirdi. Rusiya və Yaponiya Mancuriyadan öz qoşunlarını çıxarmağı və Çinə Mancuriyada ticarət və sənaye fəaliyyəti ilə məşğul olmaqda mane olmamağı öhdələrinə götürdülər. Yaponiya Saxalinin cənub hissəsini “əbədi və tam hakimiyyəti altına” alırdı. Portsmut sülhü Koreya və Çinə qarşı yapon təcavüzkarlığının inkişafına səbəb oldu. Rus-yapon müharibəsi Rusiyanın ümumiyyətlə dünyada və xüsusilə Uzaq Şərqdə beynəlxalq nüfuzunu əsaslı surətdə sarsıtdı.


Yüklə 52,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin