Əsas kompetensiyalar
Kompentasiyalar latın sözü “competentia”olub,”bacarıq,səriştə,qabiliyyət”,” mühakimə etməyə səlahiyyətli”,”danışmağa hüququ olmaq” mənasını verir. Kompetensiya –vəziyyətdən irəli gələn və qarşında duran hər hansı konkret məsələni həyata keçirmək üçün sərf edilən bacarıqdır. Şagirdin dərsi qavraması üçün mütləq bilikdən əlavə, bacarıqlara da ehtiyacı var. Bunu da formalaşdırmaq üçün “beş barmaq- a aydınlıq gətirək. Kompetensiya sözündə BİLİK+BACARIQ+VƏRDİŞ+DƏYƏR+KEYFİYYƏT kimi açar sözləri birləşdirir.(biz bunu 5 barmaq adı ilə yadda saxlayaq)
BİLİK- qarşıda duran məsələni həyata keçirmək üçün koqnitiv (şagirdin informasiyanı dərketmə prosesi) fəaliyyət nəticəsində əldə olunan məlumat toplusuna deyilir.
BACARIQ- bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş şagirdin işgörmə qabiliyyətidir. Hər işdə bacarıq lazımdır.
VƏRDİŞ-Şagirdin təlim prosesində qazandığı hərəkət, yəni bir növ biliyin bacarığa çevrilməsi prosesinin intensivləşdirilməsi hadisəsi kimi vərdişi formalaşdırıb alışqanlıq halına salan əsas amillərdəndir. Hər hansı bir bacarığı dəfələrlə təkrarlayan bir şagird bacarığı vərdişə çevirmiş olur.
Əsas kompetensiyalar aşağıdakılardır:
-İnsanlar ana dilində ünsiyyət qura bilməlidirlər, ən azı bir xarici dildə ünsiyyət qurub danışa bilməlidirlər;
-Riyazi savadı olmalıdır;
- Sosial və vətəndaşlıq kompetensiya ları olmalıdır;
- Kompüter savadı olmalı, ondan istifadə etməyi bacarmalıdır,
- Müstəqil öyrənmə kompetensiyaları olmalıdır. Əgər bu bacarığı olmazsa digər bacarıqları mənimsəməkdə çətinlik çəkə bilər.;
- İKT sahəsində kompetensiyalar (informasiya texnologiyalarını tətbiq etmək, rekl
am vasitəsilə yayılan xəbərlərə tənqidi yanaşma bacarığı).
Metakompetensiyalar:(əsas bacarıqlardan əlavə şagirddə daha da böyük bacarıqların formalaşması):
-Tənqidi təfəkkür;(məsələn, sinifdə müzakirə olunan mövzuya şagirdin yanaşması);
- Yaradıcı yanaşma (şagirdin mövzuya daha yaradıcı yanaşaraq onu dərk etməsi);
- Təşəbbüskarlıq;(şagirdin bilik ehtiyatını toplaması, fürsətləri qiymətləndirməsi, insanların ictimai ünsürlər kimi faktorlar onların təşəb büskarlıq səviyyəsinə təsir edir. Dövlətin təşəbbüskarlığı isə cəmiyyəti canlandırmaq və dəstəkləmək üçündür);
- Problemlərin həlli;(insanın problemin həlli yolunu daha tez və sadə yolla tapmağa qadir olması);
- Riskin qiymətləndirilməsi;(çox risk edən insan riski daha rahat qiymətləndirməyə qadir şəxsdir);
- Qərarların qəbul ediməsi;(doğru qərar verənlər qərarları daha rahat qəbul etməyi bacarırlar);
- Hisslərin konstruktiv (qurucu) idarə edilməsi;( insanların ağılla hərəkət etməsi, özündən tez çıxması.hisslərini çilovlaya bilməsi,hərəkətlərinə daha çox diqqət göstərməsi və s.)
Dostları ilə paylaş: |