Kurikulum haqqında ümumi məlumat


Dəqiq icra psixomotorun ən yüksək mərhələsidir



Yüklə 71,57 Kb.
səhifə24/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   16   17   18   19   20   21   22   23   24
utke 1-43

Dəqiq icra psixomotorun ən yüksək mərhələsidir. Bu mərhələdə şagirdlər hərəkətləri bacarıqla və dəqiq icra edirlər.
43. Fəaliyyətin növləri və bu növləri formalaşdıran bacarıqlar
Fəaliyyətin növləri bu növ haqqında məlumat və bu növü formalaşdıran bacarıqlarla xarakterizə olunur.

Fəaliyyət növü

Faəliyyət növü haqqında məlumat

Fəaliyyəti növünü formalaşdıran bacarıqlar

İdraki

Şagirdin düşüncəsini,təfəkkürünü formalaşdıran bacarıqlardır.

Tanımaq, nümunə göstərmək,fəqləndirmək,müqayisə etmək,təhlil etmək,dəyərləndirmək qaydanı izah etmək,istifadə etmək



Ünsiyyət

Şagirddə düşüncələrini ifadə etmə tərzini formalaşdıran bacarıqlardır

Şərh etmək,rəy bildirmək,nəql etmək,müzakirə etmək,təqdim etmək,təsvir etmək,reaksiya vermək,seçimini izah etmək.



Psixomotor

Şagirdlərdə hərəki fəaliyyəti formalaşdıran bacarıqlardır

Yazmaq,quraşdırmaq,yapmaq,rəqs etmək,jest və mimikadan istifadə etmək ,qaçmaq və s.

Fəaliyyətin növləri idraki, ünsiyyət və psixomotor adlanır.


Şagird fəaliyyətini də 3 cür qruplaşdırmaq olar:
İdraki fəaliyyət - şagirdin idraki (koqnitiv), intellektual bacarıqlarının inki­şaf etdirilməsidir. Şagirdlərin idraki fəaliyyətdə olması biliklərin zənginləşmə­sinə və təkmilləşməsinə kömək edir. İdrak fəallığı təlim prosesində şagirdlərin fikri fəallıq priyomlarının və təfəkkürlərinin, habelə nitqlərinin inkişafına şərait yaradır. Çünki təfəkkür və nitq bir-birilə vəhdətdə inkişaf edir. Fənn kurikulumlarında standartlar hazırlanarkən idraki bacarıqların inkişafına diqqət yetirilmişdir.
Ünsiyyət fəaliyyəti-Ünsiyyət şəxsiyyət fəallığının formalarından biri olub, tədris prosesində iştirakçıların məlumatlarla mübadilə vasitəsidir. Məktəbə ilk dəfə qədəm qoyan şagirdlərə diaqnostik qiymətləndirmə za­manı həmin şagirdin nitq bacarıqlarını da yoxlamaq mütləqdir. Qısa olaraq ünsiyyət bacarıqları dedikdə, reaksiya vermək, şərh etmək, nəql etmək, rəy bildirmək, müzakirə etmək, təqdim etmək, seçimini izah etmək, təsvir etmək nəzərdə tutulur.
Psixomotor fəaliyyətlər dedikdə, hərəki fəaliyyətlər nəzərdə tutulur. Hərəki vərdiş və bacarıqlar insan həyatında mühüm yer tutur. Hərəki fəaliyyət sahəsi şagirdin müxtəlif fiziki hərəkət, manipulyasiya, sinir əzələ koordinasiyası ilə bağlı fəaliyyətləri əhatə edir. Mo­tor bacarıqları iki cür qruplaşdırmaq olar:

  1. böyük motor bacarıqları (böyük motorika), yəni ümumi bədənin hərə­kətləri (qaçmaq, tullanmaq, rəqs etmək və s.).

  2. kiçik motor bacarıqları və ya xırda motor (kiçik motorika) bacarıqları (əl hərəkətləri, əl və göz koordinasiyası).

Əsasən, kiçik motorika üzrə işə aiddir:

  1. Barmaqların yumruğa yığılıb açılması;

  2. Bükülmüş barmaqların növbə ilə açılması; Plastilinlə müxtəlif əşyaların düzədilməsi;

  3. İri, xırda muncuqların ipə düzülməsi;

  4. Nöqtələrlə çəkilmiş şəklin nöqtələrini birləşdirərək şəkli tamamlamaq

və s.

  1. Kiçik, böyük mozaikada müxtəlif naxış ya şəkillərin yığılması;

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin