Kurikulum haqqında ümumi məlumat



Yüklə 71,57 Kb.
səhifə19/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   16   17   18   19   20   21   22   23   24
utke 1-43

38. Taksonomiya

Taksonomiya-yunan sözüdür (“Taxus”-qayda ilə yerləşmə" “ Namos”- qanun deməkdir). Taksonomiya dedikdə, sadədən mürəkkəbə doğru zəncirvari, ierarxiya üzrə inkişafı əks etdirən anlayışlar sistemi nəzərdə tutulur.


Təlim məqsədlərinin tak­sonomiyası Amerika professoru Benjamen Blumun adı ilə bağlıdır. Blumun taksonomiyası 1956-ci ildə tamamlanaraq bir kitabda yayımlanmışdır.
Blum təfəkkürün inkişaf mərhələlərini 6 səviyyədə müəyyən etmişdir: Bilmə, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə. Bilmə, anlama, tətbiq alt səviyyələr olaraq qəbul edilir, analiz, sintez və dəyərləndirmə isə daha yüksək səviyyə kimi qəbul edilir. Taksonomiya, bacarıqların pillə-pillə inkişaf etməsi­nə imkan yaradır. Bir sonrakı inkişaf səviyyəsinə çatmaq üçün ondan əvvəlki səviyyəyə aid olan bacarıqlar inkişaf etdirilməlidir.
Bilmə (hafizə)-Eşitdiyi iniformasiyanı olduğu kimi çatdırmaq, təkrarlamaq, mövzu ilə əlaqəli bildiklərini sadalamaq və ya xatırlamaq, tanımaq bu səviyyəyə aid bacarıqlardır. Bu mərhələdə istifadə olunan vəsaitlər əsasən məlumat xarakterli olur. Şagirdlər mövzu ilə əlaqəli bildiyi məlumatları xatırlayır, sadalayır və müəyyən edir.
Anlama (qavrama)-Eşitdiyinin, gördüyünün və ya oxuduğunun mahiyyətini anlamaq, öz sözləri ilə ifadə etmək, öz anladığı kimi təsvir edə bilmək, nümunələr gös­tərmək bu mərhələyə aid bacarıqlardır. Burada təlimin məqsədi, şagirdin işi tətbiq etməzdən əvvəl həmin işin texni­kasını, təsvir etmə metodunu anlaya bilməsi və şərh etməsidir.
Tətbiq - Öyrənilənlərin praktiki şəkildə həyata keçirilməsidir. Dəyişmək, izah etmək, təsvir etmək, nümayiş etdirmək bacarıqları bu səviyyəyə uyğun bacarıqlardır. Belə bir deyim var: Əsl qazanılan bilik müəyyən bir zaman keçdikdən sonra öyrənilən­lərin yadda qalan hissədir.
Təhlil (analiz)- Bu mərhələdə təlimin məqsədi şagirddə gördüyü işi təhlil edə bilmə bacarıqlarını formalaşdırmaqdır.
Tərkib (sintez)- Müəllim dər­sini bu səviyyəyə uyğun təşkil etdiyi zaman şagirdlərin yaradıcı tə­fəkkürü inkişaf edir.
Dəyərləndirmə (qiymətləndirmə)- rastlaşdığı hadisələrə subyektiv münasibət bildirə bilməsi, gördüyü işi təhlil etdikdən sonra özünü qiymətləndirə bilməsi,və s. Dərs bu səviyyədə təşkil olunarkən şagirdlərin tənqidi təfəkkürü inkişaf edir. Bu səviyyədə əsas məqsədlərdən biri refleksiyaya nail olmaqdır. Refleksiya ba­şa çatmış hər hansı bir işi təhlil etmək, dərindən başa düşmək, görülən işin mənfi və müsbət tərəflərini təqdim etməyə imkan verir.


Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin