Kurikulum haqqında ümumi məlumat


Fəaliyyətin xüsusiyyətləri



Yüklə 71,57 Kb.
səhifə23/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   16   17   18   19   20   21   22   23   24
utke 1-43

41. Fəaliyyətin xüsusiyyətləri.
Məzmun standartlarında fəaliyyət taksonomiyaların köməyi ilə sistemləşdirilir. Müxtəlif taksonomiyalardan yalnız üçü - idraki, emosional, və psixomotor taksonomiyalar mütəxəssislər tərəfindən təhsil üçün əhəmiyyətli hesab edilmişdir.
İdraki fəaliyyəti əks etdirən standartlar, ilk növbədə intellektual bacarıq və vərdişlərin inkişaf etdirilməsinə istiqamətlənir. Benjamen Blumun adı ilə bağlı olan fundamental idraki taksonomiyalarda düşünmə bacarıqları sadədən mürəkkəbə doğru mərhələlərə görə təsnif edilir. Bu taksonomiya ona görə fundamentaldır ki, sonrakı daha mürəkkəb idraki bacarıqların (problem həll etmə, mühakimə yürütmə, isbat etmə, əlaqələndirmə) əsasını təşkil edir. Standartmütəxəsisləri hesab edirlər ki, idraki taksonomiyaların bütün mərhələləri hər bir sinif üzrə standartlarda öz əksini tapmalıdır.
Affektiv (emosional) taksonomiyalar şagirdlərin hiss, yanaşma, dəyər və emosiyalarının inkişafının təşkilində böyük əhəmiyyətə malikdir. David R. Krasvol 1964-cü ildə affektiv taksonomiyanın təsnifat sistemini yaratmışdır. Bu taksonomiyanın beş mərhələsi müəyyən olunmuşdur. Həmin mərhələlər də idraki taksonomiyanın mərhələləri kimi N.Gronland tərəfindən standartların tərtibi üçün araşdırılmışdır. Nəzəriyyəçi alim hesab edir ki, affektiv taksonomiyaları standarlarda ifadə etmək digər taksonomiyalarla müqayisədə daha mürəkkəb bir prosesdir. Müəllif bu fikri aşağıdakı kimi əsaslandırır:
- Bu sahədə istifadə edilən terminologiya hiss və emosiyalarla əlaqədar olduğu üçün mücərrəddir;
- Bəzi standartlarda affektiv bacarıqları aydın təsvir etmək imkanı olsa da, bir çoxları gizli xarakter daşıyır, yalnız nəzərdə tutula bilir.
- Affektiv taksonomiyalar mərhələlər üzrə yüksəldikcə digər taksonomiyalarla inteqrasiya edir, çünki dəyərlər davranış əsasında müəyyən edilir.
Məzmun standartlarında psixomotor (hərəki) bacarıqların tərtibinin elmi-nəzəri əsasını Kennes D. Murun psixomotor taksonomiyaları 3 mərhələyə ayırır: təqlid (imitasiya), idarə (manipulyasiya), dəqiq icra.
İmitasiya mərhələsində şagirdlər müəllimin nümayiş etdirdiklərini təqlid edirlər ki, bu da hərəki bacarıqların ilkin mərhələsi kimi dəyərləndirilir. Bu mərhələ təlimin təşkilində müəllim dəstəyi kimi qəbul edilir. Bu mərhələ şagirdin hər hansı bacarığın nümayiş edilməsinə ilkin cəhdi kimi dəyərləndirilir. Bu zaman icra axıcı və koordinasiyalı şəkildə həyata keçirilməyə bilər.
İdarə mərhələsində şagirdin hər hansı hərəki bacarığı müstəqil şəkildə, müəllimin yardımı olmadan nümayiş etdirməyə qabil olduğu nəzərdə tutulur. Bu mərhələdə hərəkətlərin icrası zamanı şagirdin sərbəstlik nümayiş etdirməsi mühüm şərt olsa da, icranın qeyri-dəqiqliyi yol veriləndir.

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin