Metokoqnitiv bilik - bilik komponentinə L.Anderson və D.Kraslov (2001) tərəfindən daxil edilmişdir. Metokoqnitiv bilik ümumilikdə, idrak proseslər haqqında məlumatliliqdır. Hansı öyrənmə nəzəriyyələrini dəstəkləmələrindən asılı olmayaraq bütün nəzəriyyəçilər təsdiq edirlər ki, şagirdlər idraki proses haqqında nə qədər çox məlumatlı olsalar, bir o qədər yaxşı öyrənə bilərlər.
Müəllim şagirdlərin özünəinamlarını dəqiq rəylərlə idarə etməlidir. Şagirdlər nəyi bilib bilmədiklərindən xəbərdar olmalı və mövcud bilikləri haqqında yanlış təəssürata qapılmamalıdırlar. Metakoqnitiv bilik də öz növbəsində üç kateqoriyaya bölünür:
strateji bilik;
idraki tapşırıqlar haqqında bilik;
şagirdin özü haqqında bilik sahibi olması.
24. Məzmun standartının quruluşu və növləri formalaşdıran bacarıqlar. 25. Məzmun standartının quruluşu (əvvəlində 23-dən biraz məlumat verin) Riyaziyyat fənninin məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir;
toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş etdirir;
ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;
əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir;
sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır;
eyni adlı kəmiyyətləri müqayisə edir;
standart və standart olmayan ölçü vahidlərindən istifadə edir;
əşyalar və hadisələr haqqında məlumatlar toplayır;
toplanmış məlumatlara əsasən proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
Ədədlər və əməllər
Şagird:
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır.
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri ">", "<", "=" işarələri ilə yazır.
1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi ifadələrlə təsvir edir.
1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır.
1.1.9. Sıra saylarından istifadə edir.
1.2. Toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.
1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.
1.2.3. «Əlavə etmək», «artırmaq», «cəm», «oldu» ifadələrini toplama ilə, «üstündən götürmək», «azaltmaq», «fərq», «qaldı» ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.
1.2.4. «Ədəd (dənə) çox», «ədəd (dənə) az» ifadələrini toplama və çıxma ilə düzgün əlaqələndirir.
1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.
1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
1.3. Toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə aparır və müqayisənin nəticəsini "çoxdur", "azdır", "bərabərdir" sözlərinin köməyi ilə ifadə edir.
1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş etdirir.
1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.
1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin vaxtını müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir.
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir.
5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı
pozan (çatışmayan) elementi islah (bərpa) edir.
XI sinif XI sinfin sonunda şagird:
n dərəcəli tənlikləri həll edir, Bezu teoremini tətbiq edir;
yığılan ardıcıllıqların xassələrini tətbiq edir, funksiyaların limitlərini hesablayır, kəsilməz funksiyaların əsas xassələrini tətbiq edir
elementar funksiyaların törəmələri cədvəlinin və törəmənin hesablanması qaydalarının köməyi ilə bəzi funksiyaların törəməsini tapır, törəmənin həndəsi və fiziki mənasını tətbiq edir;
funksiyanın araşdırılmasına diferensial hesabını tətbiq edir;
bəzi funksiyaların ibtidai funksiyalarını tapır, elementar funksiyaların inteqralları cədvəlinin və inteqrallama qaydalarının köməyi ilə funksiyaların inteqrallarını hesablayır; Nyuton-Leybnis düsturunu tətbiq edir, əyrixətli trapesiyanın sahəsini və fırlanmadan alınan cisimlərin həcmini hesablayır;
triqonometrik, üstlü və loqarifmik tənliklər sistemini həll edir;
fəzada koordinatları ilə verilmiş iki vektorun skalyar hasilini tapır, koordinatlar üsulunu müxtəlif məsələlərin həllinə tətbiq edir, fəzada verilmiş vektoru komplanar olmayan üç vektor üzrə ayırır;
müstəvinin və sferanın tənliyinə aid məsələləri həll edir;
paralel köçürməni və oxşarlıq çevirməsini məsələlər həllinə tətbiq edir;
silindirin, konusun, kəsik konusun yan səthlərinin, tam səthlərinin və həcmlərinin tapılmasına aid məsələlər həll edir, kürənin və hissələrinin səthlərinin sahələrini və həcmlərini tapır;
müəyyən inteqraldan istifadə edərək, əyrixətli trapesiyanın və digər müstəvi fiqurların sahəsini tapır, ölçmə və hesablama vasitələri ilə alınmış nəticələri müqaisə edərək, xətani müəyyən edir;
ölçmənin dispersiyasını və orta kvadratik meylini hesablayır, hadisənin ehtimalının hesablanmasına normal paylama qanununu tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1.Ədədlər və əməllər
1.1. Ədədləri, onların müxtəlif formada verilməsini bilir və aralarındakı münasibətləri müəyyənləşdirir.
1.1.1. n dərəcəli çoxhədlinin n kökü olduğunu bilir və ona əsasən tənlikləri həll edir.
1.1.2. Çoxhədlinin ikihədliyə bölünməsinə Bezu teoremini tətbiq edir.
1.1.3. Vahidin n dərəcədən kökünün xassələrini bilir və tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları tətbiq edir və onlar arasındakı əlaqəni müəyyənləşdirir.
1.2.1. Ədədi ardıcıllığın və onun limitinin tərifini bilir, yığılan ardıcıllıqların xassələrini tətbiq edir.
1.2.2. Funksiyanın limiti anlayışını, limitin xassələrini və görkəmli limitləri bilir, onların köməyi ilə funksiyaların limitlərini hesablayır.
1.2.3. Funksiyanın kəsilməzlik anlayışlarını bilir və kəsilməz funksiyaların əsas xassələrini tətbiq edir.
4. Ölçmə
Şagird:
4.1.Ölçmə və hesablama vasitələrindən istifadə edərək, dəqiq və ya təqribi hesablamalar aparır.
4.1.1. Müəyyən inteqraldan istifadə eərək, əyrixətli trapesiyanın və digər müstəvi fiqurların sahəsini tapır.
4.1.2. Ölçmə və hesablama vasitələri ilə alınmış nəticələri müqaisə edərək, xətani müəyyən edir.