Kurikulum haqqında ümumi məlumat


Saçaqlı (torşəkilli) model (fənlərarası)



Yüklə 71,57 Kb.
səhifə14/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
utke 1-43

Saçaqlı (torşəkilli) model (fənlərarası)
Bu model fənlərin hamısına eyni vaxda yanaşmağı nəzərdə tutur. Mədəniyyət, kəşflər, ətraf mühit, vaxt, əmək və s. kimi mövzular ortaq fənlər tərəfindən öyrənilir. Bütün fənlərin bir müəllim tərəfindən tədris olunduğu ibtidai təhsil müəssisələrində bu modelin tətbiq edilməsi daha asandır.


20. Riyaziyyat fənn kurikulumu və onun xarakterik cəhətləri.
Riyaziyyat fənni üzrə təhsil proqramı (kurikulumu) ümumtəhsil məktəblərində riyaziyyat təliminin əsas məqsədlərini təyin etməklə ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına yönəlmiş sənəddir. Nəticəyönümlü məzmun standartları əsasında hazırlanmış bu təhsil proqramı standartların mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini nəzərdə tutur və məzmun standartları müəyyən edilərkən şagird nailiyyətləri üzrə irəliləyişlərin sürətinin getdikcə artırılmasını əsas məqsəd kimi qarşıya qoymaqla, şagirdlərə gündəlik həyatda lazım olan zəruri bacarıqların aşılanmasını ön plana çəkir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Riyazi fəaliyyət zamanı induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya yaratma kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafizənin və nitqin inkişafına kömək edir. Riyazi məsələlərin həlli prosesində əldə olunan təcrübə həm səmərəli düşünmə vərdişlərinin və fikrin ifadə formalarından istifadə bacarıqlarının (yığcamlıq, dəqiqlik, tamlıq, aydınlıq), həm də intuisiyanın (nəticəni öncədən görə bilmək və həll yolunu tapmaq) inkişafına şərait yaradır. Riyaziyyat dünya mədəniyyətinin tərkib hissəsidir. Bunlar ümumtəhsil məktəblərində tədris olunan fənlər sırasında riyaziyyatın yerini müəyyən etməklə yanaşı, onun tədrisi qarşısında qoyulan əsas məqsədləri ümumi şəkildə müəyyənləşdirməyə imkan verir.
Əsas məqsədlər:
 riyaziyyatın gerçəkliyi təsviretmə və dərketmə metodu olması barədə təfəkkür tərzi formalaşdırmaq;
 riyaziyyatın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olması haqqında təsəvvürlər yaratmaq;
 təhsili davam etdirmək, digər fənləri öyrənmək, praktik fəaliyyətdə tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real zəmin yaratmaq.
Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi vasitəsilə aşağıdakı vəzifələr həyata keçirilir:
-ibtidai təhsil səviyyəsində şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablamağı, iyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşır;
-ümumi orta təhsil səviyyəsində gündəlik həyati problemlərin həlli, şagirdlərin intellektual inkişafına, həyatda təsadüfi hadisələrin ehtimal xarakteri daşımasının mahiyyətcə başa düşülməsi təmin olunur;
-tam orta təhsil səviyyəsində ümumi orta təhsil pilləsində müəyyən olunmuş fəaliyyətlərin genişləndirilməsi, riyazi dili inkişaf etdirməklə nitqin zənginləşdirilməsi, alqoritm mədəniyyətinin formalaşdırılması təmin olunur.



Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin