Kurikulum haqqında ümumi məlumat


Fənn daxilində məzmun xətləri üzrə və ya üfüqi inteqrasiya



Yüklə 71,57 Kb.
səhifə13/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
utke 1-43

2.Fənn daxilində məzmun xətləri üzrə və ya üfüqi inteqrasiya;
3.Siniflər və rüblər üzrə və ya şaquli inteqrasiya.


18. inteqrativ kurikulumun növləri və modelləri.
İnteqrativ kurikulumun üstünlükləri barədə məşhur pedaqoqlar Daniel və Bizar belə yazır:

  • “Şagirdlər müxtəlif fənlərdən alınan bilik və bacarıqları əlaqələndirmək imkanı qazanırlar.

  • Şagirdlərin bilik və bacarıqları həyati məsələlərlə əlaqələndirmək imkanı artır.

  • Şagirdlər böyük suallar qoymağı və birlikdə əməkdaşlıq edərək bu suallara cavab tapmağın yollarını öyrənirlər.

  • Bilik və bacarıqlara yiyələnmək üçün müxtəlif metod və üsullardan istifadə etməyi öyrənirlər”.

İnteqrativ kurikulum tarixi uzaq zamanlara gedir. XIX əsrin sonlarında alman pedaqoqu J. Herbart bir-biri ilə əlaqəsi olmayan fənlərə daxil olan mövzuların birləşdirilməsi ideyasını irəli sürür. Sonralar bu ideya əsası C. Dyui tərəfindən qoyulmuş proqressiv təhsil hərəkatının əsas tərkib hissəsinə çevrilir.
İnteqrasiya üsulundan asılı olaraq inteqrativ kurikulumun aşağıdakı modelləri mövcuddur:

  • fraqmentli model;

  • əlaqələndirilmiş model;

  • “yuva” modeli;

  • ardıcıllıq modeli;

  • birgə ( ümumi) model;

  • tor şəkilli model;

  • “hörülmüş” zəncirvari) model

  • inteqrativ( kompleks) model;

  • dərinləşdirilmiş model;

  • şəbəkə modeli.

Bu modellərin bəziləri haqqında məlumat verək.
Fraqmentli model (fəndaxili)
Bu model vasitəsilə fundamental sahələr inteqrasiya olunur və onun ən ciddi forması ibtidai təhsil pilləsində həyata keçirilir. İki mövzunun bir dərsdə tədris edilməsi və ya əlaqəli müzakirə edilərək öyrənilməsi az hallarda tətbiq olunur.
Ardıcıllıq modeli (fənlərarası)
Müxtəlif fənlərdə oxşar mövzular və bölmələr ayrı-ayrı tədris olunur, lakin onlar elə planlaşdırılır və təşkil olunur ki, əlaqəli konsepsiyalar üçün çərçivə yaranır və onlar bir-birinə uyğunlaşdırılır. Bu cür inteqrasiyanın həyata keçirilməsi üçün kurikuluma dair sənədlərdə məzmunun balanslaşdırılması vacibdir. Bundan əlavə, müxtəlif fənlər üzrə tədris planlarında vaxt etibarilə eynilik nəzərdə tutlmalıdır.

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin