Kurikulum haqqında ümumi məlumat


Riyaziyyat təliminin məzmunu



Yüklə 71,57 Kb.
səhifə15/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
utke 1-43

21.Riyaziyyat təliminin məzmunu


1.1. Ümumi təlim nəticələri
Təhsil səviyyələri üzrə təlim nəticələri
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:
 sıfır daxil olmaqla milyon dairəsində natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir;
 kəmiyyətlərdən (uzunluq, sahə, həcm, zaman, kütlə, dəyər) həyati məsələlərin həllində istifadə edir;
 sadə müstəvi fiqurlar və fəza cisimlərinin xüsusiyyətlərini müəyyən edir və onların əsasında ölçmə və hesablamalar aparır;
 məlumatları toplayıb sistemləşdirir, təhlil edir və nəticələri şərh edir.
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:
 müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;
 simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;
 rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti tənlikləri, kvadratik tənlikləri, xətti tənliklər sistemi və bərabərsizliklər sistemini həll edir;
 funksiya anlayışından və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;
 mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir;
 müstəvi fiqurların və sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır;
 ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;
 fəaliyyətlərini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir;
 riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;  statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır. Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
 riyazi materiallara aid alqoritmləri yerinə yetirir, real həyatda riyazi anlayış və düsturlardan istifadə edir;
 kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;
 cəbri çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir;
 genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir;
 ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi hesablama əməliyyatları aparır;
 ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin baş verməsini proqnozlaşdırır;
 mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir



Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin