17. İnteqrasiya və inteqrativ dərslər. 19. İnteqrasiya və növləri
Təlimdə sistemlilik, bilik, bacarıq və vərdişlərin ardıcıl surətdə inkişafı üçün biliklər, bacarıqlar arasında müvafiq əlaqə yaratmaq üçün inteqrasiya əvəzolunmaz prinsipdir.
Müasir dünya təcrübəsində inteqrasiyanın 3 səviyyəsi müəyyənləşdirilir.
1.Fəndaxili inteqrasiya-adından göründüyü kimi, eyni fənnə aid bilik, bacarıq, vərdiş və mövzuların əlaqələndirilməsi,f aktların sistemləşdirilməsidir. Fəndaxili inteqrasiya şaquli və üfiqi olmaqla iki növə ayrılır.
- Şaquli inteqrasiya standartların siniflər üzrə əlaqəsini əhatə edir. Bilik, bacarıq və vərdişlərin sinifdən-sinfə genişlənərək inkişaf etməsini izləməyə imkan yaradır. Bu cür inteqrasiya siniflərarası inteqrasiya kimi də adlanır.
- Üfüqi inteqrasiya isə fənn üzrə məzmun xətləri arasındakı əlaqələri əhatə edir.
2.Fənlərarası inteqrasiya -müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət göstərir. İki və ya daha artıq fənnin əhatə etdiyi anlayış,bilik,bacarıq,prinsiplərin sintezidir.
3.Fənnüstü inteqrasiya.İnteqrasiyanın ən yüksək səviyyəsi olmaqla təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir.
Ölkəmizdə fənn kurikulumları hazırlanarkən inteqrasiyanın iki növü: fəndaxili və fənlərarası inteqrasiya əsas götürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, ibtidai sinif müəllimlərinin inteqrasiya imkanları genişdir.
İnteqrativ dərslər müxtəli fənn müəllimi tərəfindən aparılmalı, mövzu ortaq seçilməlidir. Dərs növbə ilə bir və ya bir neçə müxtəlif fənn müəllimi tərəfindən aparılmalıdır. Təcrübə göstərir ki, inteqrasiya olunmuş kurikulumu üç istiqamətdə həyata keçirmək olar:
1.İnteqrativ fənlər üzrə və ya fənlərarası inteqrasiya;
Dostları ilə paylaş: |