39. Taksanomiya nəyə xidmət edir? Bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqələri əsasında düzümü, yerləşməsi deməkdir.
1. Taksanomiya təlimin daha ardıcıl və səmərəli qurulmasına.elmi-metodik səviyyədə planlaşdırılmasına zəmin yaradır.Taksanomiyanın bütün mərhələləri bir-biri ilə sıx əlaqəlidir.Hər bir üst mərhələ özündən əvvəlki mərhələ üçün nəzərdə tutulan bacarıqların inkişafından sonra formalaşa bilər. Taksanomiyaya əsasən məzmun standartları,təlim məqsədləri sadədən mürəkkəbə doğru müəyyənləşdirilir.Bu da öz növbəsində təlimin düzgün planlaşdırılmasına, ardıcıl və səmərəli təşkil edilməsinə imkan yaradır.
2.Taksanomiya təlim məqsədlərini düzgün müəyyənləşdirməyə imkan yaradır. 3.Taksanomiya qoyulmuş məqsədlərə uyğun tapşırıqları tərtib etməyə kömək edir. 4.Taksanomiya problemləri düzgün müəyyənləşdirmək ,şagirdlərin bu və ya digər materialın öyrənilmnəsində hansı çətinliklərlə qarşılaşdığını müəyyən etmək(diaqnostikasını aparmaq) və həmin çətinlikləri aradan qaldırmaq imkanı yaradır. 5.Taksanomiya təlimin fərdiləşdirilməsini təmin edir. 6.Taksanomiya qiymətləndirmə üsul və vasitələrini hazırlamaqda ,refleksiyanı həyata keçirməkdə müəllim üçün istiqamətləndirici rol oynayır. 7.İstifadə olunan üsulların ,tərtib olunan tapşırıqların,qiymətləndirmə vasitələrinin, refleksiyanın təlim məqsədi ilə uyğunluğu təlimin konqurentliyinə əminlik yaradır. Şagird təfəkkürünü (məntiqi, tənqidi, yaradıcı) inkişaf etdirir. Taksanomiya təfəkkürün 3 növünü (məntiqi tənqidi yaradıcı) özündə ehtiva edir. Bilmə mərhələsi hafizəyə əsaslanır.Anlama,tətbiq və təhlil isə məntiqi təfəkkürün inkişafına yönəlir. Sintez mərhələsi yaradıcı təfəkkürün inkişafına yönəlir.Dəyərləndirmə isə şagirdlərdə tənqidi təfəkkürü imkişaf etdirir.
Təlim modelini təmin edir.
Təlim modelinin 4 komponenti var:
1. Təlim məzmunu
2. Təlim metodları
3. Öyrədici mühit
4. Qiymətləndirmə
Təlim sisteminin komponentləri arasında əlaqə yaradan ünsürlər təlim prosesinin 2 əsas istiqamətini göstərir:
Şagirdin idrak proseslərinin inkişafı (təxəyyül, təfəkkür, hafizə, diqqət)
Şagirdin şəxsiyyətinin inkişafı (sosial-psixoloji, emosional-iradi inkişafı)