Standartlar tərtib edilərkən onların hər birində riyazi proseslərin elementləri kimi fəaliyyət yönümlü aşağıdakı 5 xəttin daxil edilməsi çox vacibdir:
Problemlərin həlli
Mühakiməyürütmə və isbatetmə
Ünsiyyətqurma
Əlaqələndirmə
Təqdimetmə
1. Problemlərin həlli Problemlərin riyazi həllinə şagirdlərin riyaziyyatın tətbiqi ilə həll edilə blən gündəlik həyatda rastlaşdıqları məsələlər daxildir. Problemlərin riyazi həlli bir-biri ilə əlaqəli olan beşkomponentin mənimsənilməsini tələb edir: riyazi anlayışlar, riyazi bacarıqlar, riyazi proseslər, riyazi münasibətlər və öz-özünə nəzarət.
Riyazi anlayışlar. Riyazi anlayışlar problemlərin riyazi həllində lazim olan əsas riyazi bilikləri özündə əks etdirir. Riyazi anlayışları şərti olaraq aşağıdakı dörd qrupa bölmək olar:
ədədi anlayışlar; həndəsi anlayışlar; cəbri anlayışlar; statistika və ehtimala aid anlayışlar.
Riyazi proseslər.Riyazi proseslərə problemlərin riyazi həllində istifadə olunan mühakimələr və evristikalar aiddir. Orta məktəbdə riyaziyyatdan problemlərin həlli prosesində tədbiq olunan bəzi mühakimələr (təsnifatlaşdırmaq; müqayisə etmək; ardıcıl düzmək və s.) ve evristikalar(problemlə tam tanış olmaq; problemə aid suallar tərtib etmək və bu sualları yoxlamaq ve s)
Mühakiməyürütmə və isbatetmə
Mühakiməyürütmə və isbatetmə riyazi təcrübələrin ayrilmaz hissəsi olub, məlum olan faktların və yaxud nəzərdə tutulanlarin əsasinda müəyyən riyazi hipotez irəli sürmək, fikir yürütmək, hər hansı bir təklifin doğru və ya yalan olduğunu sübut etmək, isbat etməkdir . Mühakiməyürütmə və isbatetmə də orta məktəb riyaziyyat kursunda ayrica tədris edilmir. O da riyazi təcrübənin köməyilə inkişaf etdirilir. Mühakiməyürütmə və isbatetmə fəaliyyət xəttində əsas standarlar aşağıdakılardır:
Şagird:
mühakiməyürütmə və isbatetməni riyaziyyatın fundamental aspekti kimi qəbul edir;
riyazi fərziyələr irəli sürür və onları tədqiq edir;
riyazi arqumentləri və isbatları inkişaf etdirir və dəyərləndirir;
müxtəlif tip mühakimə və isbat üsullarını seçir, onlardan istifadə edir.
Ünsiyyətqurma
Danışmaq, qulaq asmaq, yazmaq, oxumaq, nümayiş etdirmək- ünsiyyətqurma bacarıqlarına aid olub riyazi kurikulumlarda bir vacib fəaliyyət sahəsi kimi baxılır. Ünsiyyətqurma xəttinin əsas standartları aşağıdakılardır:
Şagird:
ünsiyyət vasitəsilə öz riyazi mülahizələrini təşkil edir və ümumiləşdirir;
riyazi düşüncələri barədə yoldaşlarına, müəllimlərə, valideynlərinə və başqalarına aydın və anlaşılan məlumat verir;
başqalarının riyazi fikirlərini və strategiyalarını təhlil edir və dəyərləndirir;
riyazi ideyaları dəqiq ifadə etmək üçün riyazi dildən məharətlə istifadə edir.