Hər bir müasir kurikulumun məzmunu təhsil sahəsində dövlət siyasətini və təhsil sisteminin islahatını təyin edən humanistlik, demoratiklik, bərabər şərait, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik və fasiləsizlik meyarları gözləməklə aşağıdakı prinsiplər əsasında müəyyən edilir:
şəxsiyyətyönümlülük;
şagirdyönümlülük;
tələbatyönümlülük;
nəticəyönümlülük;
inteqrativlik;
variativlik və çeviklik;
müasirlik;
şəffaflıq;
fərdiləşdirmə;
varislik;
diversifikasiya
Tələbyönümlülük fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
Şəxsiyyətyönümlülük təhsil alanın idraki, ünsiyyət və psixo motor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. Məsələn, şagirdin şeyri öyrənməsi idrak bacarığıdır, şeyri söyləyə bilməsi ünsiyyət bacarığına, jest və mimikalarla şeri söyləməsi isə psixomotor bacarığa aiddir.
Şagirdyönümlülk təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
Nəticəyönümlülük nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir.
İnteqrativlik təhsilin məzmun komponentlərinin bir- biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir
Fərdiləşdirmə təhsil prosesinin subyektləri arasında münasibətlərin dialoqlaşdırılmasını, təlim alanın fəallaşdırılması üçün prosesin problemləşdirilməsini, təlim prosesinə hər bir öyrənənin real şəxsi təсrübəsinin daxil edilməsini və təlimin subyektin fərdi yaradıсılığının inkişaf etdirilməsinə yönəldilməsini – fərdiləşdirilməsini nəzərdə tutur;
Diversifikasiya isə təhsil sisteminin fəaliyyət növlərinin genişləndirilməsini və əvvəllər mövcud olmayan yeni forma və funksiyaların əldə edilməsini nəzərdə tutur.