Kurikulum haqqında ümumi məlumat


Ənənəvi təlimlə müasir təlimin müqayisəli təsviri



Yüklə 71,57 Kb.
səhifə3/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   2   3   4   5   6   7   8   9   ...   24
utke 1-43

3. Ənənəvi təlimlə müasir təlimin müqayisəli təsviri

Ənənəvi təlim

Müasir təlim






Bilikyönümlüdür.

Şəxsiyyətyönümlüdür.






Təklifyönümlüdür .

Tələbyönümlüdür.






Müəllimyönümlüdür.

Şagirdyönümlüdür.






Bəzi fənlər üzrə qiymətləndirmə normaları müəyyən olunmuşdur.

Qiymətləndirmə standartları və mexanizmləri müəyyən olunmuşdur.




İnteqrasiya məqsədyönlü xarakter daşımır.

İnteqrasiya əsas prinsip kimi qəbul olunub.




Monoloji təlimə yönəlib.

Dialoji təlimə yönəlib,müəllim və şagirdlər arasında əks-əlaqə (qarşılıqlı əlaqə) mövcuddur.

Avtoritar üsluba yönəlib.

Demokratik üsluba yönəlib.



Proqramın tələblərinə yönəlib.

Şagirdin tələblərinə yönəlib .



Fənnin məqsədinə yönəlib.

Təlim nəticələrinə yönəlib.



Yeni bilik müəllimin məlumatı və izahı ilə yadda saxlanılırdı.

Yeni bilik tədqiqat zamanı şagirdlər tərəfindən müstəqil şəkildə əldə edilir.

Şagird passivdir.

Şagird fəaldır.




  1. Kurikulumun təsnifatlaşdırılması

Kurikulum təhsilin (və ya təlimin) məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə birləşdirən sənəddir. Kurikulum xarakterinə, məzmununa, strukturuna və təyinatına görə qruplaşdırılır. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: Fənyönümlü kurikulum, şəxsiyyətyönümlü kurikulum.
Şəxsiyyətyönümlü kurikulum hazırda tətbiq olunan kurikulumdur. Şəxsiyyətyönümlü kurikulumda insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktiki bacarıq və vərdişlər əhatə edilir.
Fənyönümlü kurikulumda praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır.
Bütün məqamlarda elə kurikulumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir. Mahiyyət etibarilə belə kurikulumlar milli xarakter daşıyır. Ona görə də Milli Kurikulum adlanır. Milli kurikulum ölkə miqyasında ümumi təhsil pilləsindəki fəaliyyətləri istiqamətləndirir. Ayrı-ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları kimi tanınır..
Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində mühüm işlər aparılmışdır. "Azərbaycan Respublikasında ümumi təhsilin Kon­sepsiyası (Milli Kurikulum)" sənədinin 2006-cı ildə, I-IV siniflər üçün fənn kurikulumlarının 2007-ci ildə ilk dəfə hazırlanaraq təsdiq olunması respublikamızın təhsil həyatında hadisəyə çevrilmişdir. Bu Konsepsiya 2010-cu ildə "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları" adı ilə təkmilləşdirilmişdir.
2008-ci ildən etibarən məktəblərdə dərslər yeni tədris kurikulumlarına əsaslanaraq təşkil olunur.
növlərindən istifadə olunur:

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin