40. Taksanomiyanın yaradılmasında nəzərə alınan prinsiplər
Praktiki istiqamət prinsipi
Taksanomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli,müəllim üçün praktiv-effektiv vasitə olmalıdır
Ps ixoloji prinsip
Taksanomiya psixologiya elminin müasir nailiyyətlərinə əsaslanmalıdır.
Məntiqilik prinsipi
Taksanomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə malik olmalıdır
O obyektivlik prinsipi
Mə məqsədlərin təsnifatı,onların dəyərlərinin təsnifatı deyildir.
42. Emosional taksonomiya Məzmun standartlarında nəzərdə tutulan əsas məqsədlərdən biri də, şagirdlərdə dəyərləri inkişaf etdirməkdən ibarətdir. Emosiyaların idarə edilməsini təmin edən, şagirdlərin davranış xüsusiyyətini, dəyərlərini, fiziki inkişafını, hiss və yanaşmalarını inkişaf etdirən səviyyələr emosional (affektiv ünsiyyət) taksanomiyanı formalaşdırır. Bu taksanomiya nəzəriyyəsini 1964-cü ildə Kraslov təqdim etmişdir. Emosional taksanomiyalar şagirdlərin hiss,yanaşma,dəyər və emosiyalarının inkişafının təşkilində əhəmiyyət daşıyır.
Məqbul sayma
Şagird hər hansı bir təlim prosesində iştirak etmək üçün stimullaşdırılır. Bu standartlarda məsələlər onu əşyanın mövcudluğunu anlamadan tutmuş seçimli yanaşmaya qədər inkişaf etdirir.
Reaksiya vermə
Şagird təlim prosesində fəal iştirak edir, suallara cavab, hadisələrə reaksiya verir. Bu standartlarda şagirdin zövq və maraqlarının axtarılması və fəaliyyətdə tətbiqi vurğulanır.
Dəyərləndirmək
Şagirdin hər hansı əşya və ya hadisəni dəyərləndirməsi və ya önəm verməsi əsas məqsəd kimi götürülür
Təşkil etmək
Ümumilikdə dəyərlər sisteminin ,bütün ömür fəlsəfəsinin yaradılmasına,dünyagörüşünün ,hər hansı bir işin təşkilində qərarlılığın,problemləri həll etməyi alışqanlıq halına gətirilməsi bacarığının inkişafına xidmət edən standartlar bu mərhələyə əsaslanır
Dəyər və dəyərlər sistemini xarakterində əks etdirmə
Bu mərhələdə fərd davranışlarını nəzarətdə saxlayan və həyat tərzini müəyyənləşdirən dəyərlər sisteminə malikdir. Bu məzmun standartları şagirdin şəxsi, ictimai, emosional davranışının formalaşmasına yardımçı olur.