Psixomotor taksonomiya Psixomotor taksonomiya hərəki qabiliyyətlərin mərhələli şəkildə inkişafını təmin edir.Kurikulumda psixomotor sahənin ən çox vurğulandığı fənlərə fiziki tərbiyə,texnologiya,musiqi,təsviri incəsənət aiddir. Məzmun standartlarında psixomotor bacarıqların tərtibinin elmi-nəzəri əsasını Kennes Murun (1972) sistemləşdirdiyi psixomotor taksanomiya təşkil edir.
Hissetmə-
Hərəkətin icrasından əvvəl öz imkanlarını müəyyənləşdirir, öz mənəvi durumunu nizamlayır. Görəcəyi işə özünü psixoloji olaraq hazırlayır
Hazırolma
Hərəkətin icrasına hazırlıq işləri aparır.(İşə başlamaq üçün zəruri hazırlığı görür,zəruri vasitələri seçir )
Təqlidetmə
Kompleks vərdişlərin ilkin mərhələsində istifadə edilir.Nümayiş etdirilən hərəkətləri təkrarlayır, vərdişlərə yiyələnir.