Kurikulum haqqında ümumi məlumat


Qiymətləndirmə nümunələrinin hazırlanması



Yüklə 71,57 Kb.
səhifə10/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
utke 1-43

Qiymətləndirmə nümunələrinin hazırlanması

  1. Kurikulum üzrə qiymətləndirmə vasitələri.

  2. Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.

Fənn kurikulumları bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.
Fənn kurikulumları: müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və əhatəli yanaşmanı özündə saxlayır; şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur; şagirdlərin təlimə cəlb olunmasını,davamlı təhsilə hazirlanmasını və həvəsləndirilməsini təmin edir və s.

1.Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. Fənn kurikulumlarında təlim nəticələri müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr.
2. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. Fənn kurikulum­­­larında öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir.
3. Fənn kurikulumları konseptual sənəddir. "
4. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. məzmun və istiqamətinə görə iki yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya.
Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər arasındakı əlaqəsini, üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir.
5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. 


15. Fənn üzrə təlimin məzmunu



Ümumi təlim nəticəsi

Təhsilalanların təhsil səviyyəsinin və ya hər hansı dərs ilinin sonunda əldə edəcəyi bilik ,bacarıq və vərdişləridir. Bu nəticələr əvvəlcədən müəyyən olunur. Məzmun standartları isə ümumi təlim nəticələrinin həyata keçməsinə xidmət edir.

Məzmun standartı

Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.

Məzmun xətti

Fənn üzrə ümumi təlim nəticələrini reallaşdırmaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Məzmun xətti dəyişmir.

Əsas standart

1.Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
2.Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
3.Əsas standart əsasən dəyişməzdir.

Alt standart

1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
2.Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
3.Təlimdə inteqrativliyi təmin edir.
4.Təlimin məzmununun davamlı inkişafını təmin edir.
5.Alt standart daim dəyişir.

İnteqrasiya

1.Müəyyən təhsil sistemi çər­çivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaqla onları sistemləş­dirməkdir.
2.Təlimdə sistemlilik, bilik, bacarıq və vərdişlərin ardıcıl surətdə inki­şafı üçün vahid sistemin ünsürləri olmaq etibarilə, biliklər, bacarıqlar arasında müvafiq əlaqə yaratmaq üçün əvəzolunmaz prinsipdir.

Fəaliyyət xətti

Fəaliyyət xətti - məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır.

Ümumi təlim nəticələri-
Yadda saxla: -Məzmun standartları Fənnin məzmunudur. -Məzmun standartlarınin şərhi isə Təlim strategiyalarındadı
Tərifindən də göründüyü kimi, məzmun standartı iki hissədən ibarətdir. Standartın fəaliyyət hissəində (feil hissəsində) şagirdin həmin standartı reallaşdırarkən hansı fəaliyyətdə (idraki, ünsiyyət və ya psixomotor fəaliyyət) olacağını görürük. Standartın bilik hissəsinə nəzər yetirdikdə isə şagirdin həmin standartı reallaşdırarkən hansı biliyi əldə edəcəyini, standartın məzmun komponentini (fənnin həmin dərsdə öyrədiləcək məzmununu ) görə bilirik.

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin