Kurikulum haqqında ümumi məlumat


Fənn kurikulumunda məzmun standartları



Yüklə 71,57 Kb.
səhifə11/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
utke 1-43

16. Fənn kurikulumunda məzmun standartları
Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur. Hər bir standart iki mühüm komponentdən ibarətdir: məzmun (bilik) və fəaliyyət (bacarıq). Standartlar təlim ediləcək məzmundan xəbər verir və bacarığın xüsusiyyətini göstərir. Hər bir standart alt standartlarla müşayət edilir.
Əsas standart-
1.Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
2.Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
3.Əsas standart əsasən dəyişməzdir
Alt standart-
1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
2.Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
3.Təlimdə inteqrativliyi təmin edir.
4.Təlimin məzmununun davamlı inkişafını təmin edir.
5.Alt standart daim dəyişir.


Əsas standartın funksiyaları bunlardır:
-Əsas standart fənnlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir; bir sözlə, ümumi məlumat verir. Əsas standartda konkret bir məqsəd yoxdur. Alt standartları da əsas standarta əsasən müəyyən edirik.
-Əsas standart sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Əsas standatın da nəticəsində şagirdlərin KSQ, BSQ-ləri müəyyən olunmuş olur.
-Əsas standart əsasən dəyişməzdir. –(tez-tez dəyişmir)


Alt standartların funksiyaları bunlardır:
-Alt standart təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır; Alt standart hal hazırda keçdiyimiz mövzu deməkdir, ona görə də təlim məqsədi dəqiq şəkildə müəyyən edilir,yəni dərsin mövzusunu bildiyimiz üçün məqsədimizi də müəyyən etmiş oluruq.
-Alt standartı(mövzu) bildikdən sonra dərsi necə təşkil edəcəyimizi, hansı üsullardan, hansı fomalardan istifadə edəcəyimizi bilmiş oluruq.
-Alt standart təlim interaktivliyini təmin edir; İnteraktivlik qarşılıqlı əlaqə deməkdir.Yəni alt standartda mövzular arası əlaqə qurmaq mümkündür.
-Alt standart üç rəqəmlə ifadə olunur.(1.3.4.)
-Alt standart daima dəyişir. Alt standart bir akademik dərslə (45 dəqiqə) məhdudlaşa bilər, amma əsas standartı bir akademik dərsdə keçib qurtara bilmərik, çünki mövzunu ümumi şəkildə ifadə edir və bizə summativlərin keçirilməsində daha çox kömək edir.
-Təlim sözünün yerinə Təhsl, Tərbiyə kimi sözlərlə rastlaşsanız,bilin ki, o səhvdir. Çünki əsas standart, alt standart təlimi formalaşdırır, təhsili yox.
Qeyd etdiyimiz kimi, alt standart inteqrativliyi təmin edir.


Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin