Düşünürsən ki, bunu bacarmazsan, yenə haqlısan
H.Ford
MƏ
TANƏ
T NƏ
BİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
64
Stenford Universitetinin psixologiya kafedrasının professoru Karol Dvek təxminən 30 ildən çox
şagirdlərin çətinliklər, uğursuzluqlarla qarşılaşdıqda necə reaksiya verdikləri ilə maraqlanıb
təcrübə etmişdir. 30 illik araşdırma göstərdi ki, bəzi şagirdlər ən xırda maneələrdə belə, sarsılıb
təslim olduqları halda, digərləri qoyulan tapşırığa daha çox bağlanır. Minlərlə şagirdin davranışı
üzərində aparılan müşahidələrdən sonra K.Dvek insanların öz öyrənmələri və intellektlərinə olan
baxışını iki termin vasitəsilə ümumiləşdirdi:
1) İnkişafa açıq düşüncə tərzi
2) İnkişafa qapalı düşüncə tərzi
Şagirdlər daha zəkalı, intellektual ola biləcəklərinə
inandıqda başa düşürlər ki, bunun üçün çoxlu əmək sərf
etmək lazımdır. Buna görə də daha çox vaxt sərf edib daha
çox səy göstərirlər ki, bu da sonda yüksək nəticələrə gətirib
çıxarır. Nevrologiya sahəsindəki son araşdırmalar göstərir
ki, insan beyni, həqiqətən də, dəyişilə bilən bir orqandır,
çünki beyni təşkil edən neyronlar arasındakı əlaqə zaman
və praktika ilə dəyişə bilir, yəni praktika etməklə yeni
neyronlararası əlaqə yarada, mövcud neyronlar arasında
olan əlaqəni isə gücləndirə bilərik. Bu o deməkdir ki,
beynimizdə bu cür güclü neyronlararası əlaqəni yaratmaq
üçün özümüz bir neçə məsələyə, məsələn, qidalanma və yuxu reyimimizə, düzgün Öyrənmə
strategiyaları tətbiq etməyə, suallar verməyə və praktika etməyə fikir verməliyik.
Qapalı düşüncə tərzinə sahib şagirdlər akademik çətinliklərlə qarşılaşdıqda çox tez ruhdan
düşürlər, çünki fikirləşirlər ki, ya onların qabiliyyəti yüksək deyil, ya da vəziyyəti dəyişmək üçün
heç bir şey edə bilməzlər. Ona görə də müəllimlər şagirdlərdən tez-tez “Mən bu fənni qavraya
bilmirəm”, “Bu mənlik deyil” kimi şərhlər eşidirlər.
Dövri proses
Dostları ilə paylaş: