Kurs: 1 Qrup: 131F


Dünyagörüşü anlayışı. Din və fəlsəfə



Yüklə 28,94 Kb.
səhifə2/3
tarix29.12.2021
ölçüsü28,94 Kb.
#48297
1   2   3
Dünyagörüşü anlayışı. Din və fəlsəfə

Dünyagörüşü anlayışı. Din və fəlsəfə

Mifologiya- ictimai şüurun ən erkən forması, ətrafdakı reallığın həm fantastik, həm də real qavrayışını birləşdirən qədim cəmiyyətin dünyagörüşü. Bir qayda olaraq, miflər aşağıdakı əsas suallara cavab verməyə çalışır:

- kainatın, yerin və insanın mənşəyi;

- təbiət hadisələrinin izahı;

- insanın həyatı, taleyi, ölümü;

- insan fəaliyyəti və onun nailiyyətləri;

- şərəf, vəzifə, etika və əxlaq məsələləri.

Mifin xüsusiyyətləri bunlardır:

- təbiətin humanistləşdirilməsi;

- fantastik tanrıların mövcudluğu, onların ünsiyyəti, insanlarla qarşılıqlı əlaqəsi - mücərrəd əks etdirmələrin (refleksiyanın) olmaması;

- mifin konkret həyat vəzifələrinin həllinə praktiki istiqamətləndirilməsi (iqtisadiyyat, elementlərdən qorunma və s.);

- mifoloji mövzuların monotonluğu və səthi, din- insan həyatına və bizi əhatə edən dünyaya təsir edən fantastik, fövqəl təbii qüvvələrin mövcudluğuna inama əsaslanan dünyagörüş forması.

Dini dünyagörüşü ilə insan ətrafdakı reallığı qavrayışın həssas, obrazlı-emosional (və rasional deyil) forması ilə xarakterizə olunur. Dinin dünyagörüşü ilə yanaşı, bir sıra başqa funksiyaları da var:

- birləşdirici (cəmiyyəti ideyalar ətrafında və ya ideyalar naminə birləşdirir);

- kulturoloji (müəyyən mədəniyyətin yayılmasına kömək edir, mədəniyyətə təsir göstərir);

- əxlaqi və maarifləndirici (cəmiyyətdə qonşuya məhəbbət, mərhəmət, dürüstlük, dözümlülük, ədəblilik, vəzifə ideallarını tərbiyə edir).

Dünyagörüşü funksiya dünyanın mənzərəsinin bütövlüyünün, onun quruluşu, insanın içindəki yeri, xarici dünya ilə qarşılıqlı əlaqə prinsipləri haqqında fikirlərin formalaşmasına kömək edir. Metodoloji funksiyası ondan ibarətdir ki, fəlsəfə ətrafdakı reallığın idrakının əsas üsullarını inkişaf etdirir.

Düşüncə-nəzəri funksiyası onda ifadə olunur ki, fəlsəfə konseptual düşünməyi və nəzəriyyələşdirməyi - ətrafdakı reallığı maksimum dərəcədə ümumiləşdirməyi, ətraf aləmin düşüncə-məntiqi sxemlərini, sistemlərini yaratmağı öyrədir.

Epistemoloji- fəlsəfənin əsas funksiyalarından biri - ətrafdakı reallıq (yəni bilik mexanizmi) haqqında düzgün və etibarlı bilik məqsədi daşıyır. Rol tənqidi funksiyaları - ətraf aləmi və mövcud mənaya sual vermək, onların yeni xüsusiyyətlərini, keyfiyyətlərini axtarmaq, ziddiyyətləri aşkar etmək. Bu funksiyanın son vəzifəsi biliyin sərhədlərini genişləndirmək, doqmaları, biliyin ossifikasiyasını məhv etmək, müasirləşdirmək və biliyin etibarlılığını artırmaqdır.

Sosial funksiyası - cəmiyyəti, onun yaranma səbəblərini, təkamülünü, mövcud vəziyyətini, quruluşunu, elementlərini, hərəkətverici qüvvələrini izah etmək; ziddiyyətləri aşkara çıxarmaq, onların aradan qaldırılması və ya yumşaldılması yollarını göstərmək, cəmiyyəti təkmilləşdirmək.

Təhsil və humanitar fəlsəfənin funksiyası humanist dəyərləri və idealları yetişdirmək, onları insana və cəmiyyətə aşılamaq, əxlaqın möhkəmlənməsinə kömək etmək, insanın ətraf aləmə uyğunlaşmasına və həyatın mənasını tapmasına kömək etməkdir.

Proqnozlaşdırıcı funksiyası dünya və insan haqqında mövcud fəlsəfi biliklər, idrakın nailiyyətləri əsasında materiyanın, şüurun, idrak proseslərinin, insanın, təbiətin və cəmiyyətin gələcəyinin inkişaf meyllərini proqnozlaşdırmaqdan ibarətdir.

Subyektiv idealizm əsas prinsipi - bir şəxsin və ya bir qrup insanın (Hume, Birdie) şüurunu hesab edir. Hər bir insanın bu və ya digər növ dəyərlərə münasibətdə özünəməxsus, fərdi yolu var ki, bu da onun dəyər yönümünün mahiyyətini təşkil edir. Bu, həm də dünyagörüşü mövqeləri səviyyəsində, fəlsəfi üstünlüklərin seçiminə, əxlaqi oriyentasiyalara, sənətə, dinə münasibətə gəldikdə özünü göstərir. Deməli, dərin dindar insan üçün din onun mənəvi həyatında müəyyənedici qüvvədir, yəni. özündən və özündən yuxarıda tanıdığı ali və sonuncu, mütləq, gəlməyən dəyərlər və onun bu dəyərlərə əməli münasibəti.

Din, yaxud fəlsəfə insanın bioliji varlıq qılafından çıxmaq ehtiyacından əmələ gəlmişdir, amma birinciyə mənəviyyatın doldurulması, ikinciyə zehnin işıqlandırılması istəyi səbəb olmuşdur; belə ki, dinin məkanı ürək, fəlsəfənin ki, zəkadır. Din o zaman müqəddəslik statusu qazanır ki, fəlsəfə ilə birləşir. Fəlsəfənin yolu alfadan omeqaya kimidir və kamil din də öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Fəlsəfi yola çıxmaq üçün insandan xüsusi istedad və fərdiliyin dəf olunması qabiliyyəti tələb olunur, amma din hamı üçündür; o, işinə başlamaqdan ötrü insani üstünlüyün ali dərəcəsinə can atmır, əlbəttə ki, başlanğıcda.

Əslində bu yollar arasında nəzərə çarpan fərq yoxdur, amma yolçular fərdlər olmasa da, yollar fərdi, məqsəd eyni: insan və Həqiqətin dərk olunması, nəticə də eynidir.

Varlığın iç və çöl tərəfləri – zahiri görünüşü və daxili mahiyyəti var. Şair, rəssam, heykəltəraş, ssenarist, əsasən, hadisələrin çöl təsvirini ötürməyə çalışır, amma fəlsəfə mahiyyəti öyrənir. Istənilən sənət əsəri o vaxt ölməzlik qazanır ki, ayrıca şeylərin adi idrakından ideyanın idrakına keçid mərhələsi baş verir. Hər hansı dinin mahiyyətinə ancaq fəlsəfi yolla varmaq mümkündür, deməli mahiyyət mənada həm dini, həm fəlsəfi proses eynidir.

Dinin kilsə, yaxud məscid səviyyəsində təbliğinə gəldikdə isə xətalar və yanlışlıqların meydana çıxması labüddür. Çünki fərdiliyini yox etməyən insan ilahi iradənin məziyyətlərini ehtiva edən tezliyə uyğun gəlməyə bilər, lakin vasitəçiliyin bu kimi təhriflərlə səciyyələnən fəaliyyətini bütövlüklə dinin ayağına yazmaq olmaz.

Fəlsəfə ilə dinin insana təsir troyektoriyası üst-üstə düşmür; birinci, yuxarıdan aşağı, ikinci, əks-meyillidir. Başqa sözlə, insan fəlsəfəni öyrənməyə təbiəti başa düşmək cazibəsi, yaxud filosofları oxumaqla – dərk olunmuş ideyanı dərk etmək ehtiyacı ilə başlayır, amma dinin başlanğıcı müqəddəs sadəlövhlüklərlə doludur.

Heç bir din insanın dərk olunmuş azadlığını, hətta ölüm hökmü oxunmuş məhkum olsa belə, əngəlləyə bilməz, çünki bu kimi azadlıqlar gözlə görünən əməllərdə zahirə çıxmır. Filosofun, yaxud hər hansı din xadiminin ayrıca insanı olmur, insan insandır, sadəcə onun mürəkkəb xüsusiyyətlərini hər kəs öz düşüncəsinin sərhədlərinə görə araşdırır. Sapiens yarandığı ilk gündən hansı iradə ilə dünyaya təşrif gətiribsə, bu gün də odur, sivilizasiya insanın həyat tərzinə aiddir, düşüncə tərzinə yox. Bu mənada dinin payına daha çox məsuliyyət düşür, nəinki fəlsəfənin, lakin dinin pis əməllərin islahı tendensiyası insani hüquqların məhdudlaşdırılması hesabına olmamalıdır. Balansın pozulması dinin bayağı hökmlərinə gətirib çıxarır.

İddia edirlər ki, dində pessimizm yoxdur, amma pessimist filosoflar çoxdur. Insanın öz ölümünü hər an burnunun ucunda hiss etməsi pessimizm deyilmi? Ölümünü gözünün önünə gətirməyən insan heyvandır, axı heyvan da ölməyənə qədər öləcəyini bilmir və o da məlumdur ki, axirətə inanan insan pessimist ola bilməz, çünki ölümü təbii qəbul edir, lakin bu kimi düşüncə tərzi hər kəsin özündənmi asılı məsələdir?

Din ancaq fəlsəfə ilə yox, tarix boyu öz daxilində batin əhli və zahir əhli təmsilçilərinin arasında da dartışmalara səbəb olmuşdur.

Din ilkin səviyyəsində ehkam kimi səsləndirilir, böyük hiss və həqiqətə yaxınlaşma həyəcanı ancaq onun fəlsəfəsilə vəhdətdə olduğumuz anlarda baş verir. Artur Şopenhauer əbəs yerə söyləmir ki, məni oxuyan hər kəs sufiləri də oxumalıdır. Fəlsəfə işıqlanmaya can atmadır; əzabdan xilas olmağın yeganə yolunu Qautman Budda işıqlanmada görür, deməli işıqlanmaya xidmət göstərən din, ya fəlsəfə ilə üst-üstə düşməli, ya da onun tərkib hissəsinə çevrilməlidir.

Mövlana deyir: “Bu dünya zindandır, biz də zindandakılar... Qumaş, gümüş, oğul, qadın dünyadır... Gəmiyə dolan su gəmini batırır, lakin altında qalan onu üzdürür”.

Şopenhauer deyir: “Dünya bütün münasibətlərdə qeyri-şərtsiz pisdir; estetik olaraq o, karikaturaya, zehni cəhətdən dəlixanaya, adət-ənənəyə görə adamaldadan qumarxanaya, bütünlükdə isə həbsxanaya bənzəyir”.

Din millətlərin ortaq məxrəcə gəldiyi yeganə kəsrdir ki, surətin, yaxud məxrəcin süni şəkildə böyüdülüb-kiçildilməsi kütləvi qırğınlara yol açır. Necə ki, hansı şəraitdə, hansı səbəbdən baş verməsinə baxmayaraq, “Vorfolomey gecəsi” – 24 avqust, 1572-ci il – din adına böyük ləkədir.

Bütün dinlərin yekdil fikirdə olduğu və Qurani-Kərimin ana xəttini təşkil edən bir ayə var: “Həqiqətən, Allah ehtiyacsızdır...” İnsanın müqəddəsliyi Allahın nəhayətsiz müqəddəsliyinə nə yaxşı, nə pis mənada təsir göstərə bilməz, yəni insan insan üçündür; onun bütün yaxşı və pis əməllərinin gerçəkləşdiyi səhnə insani mövcüdatdır. Deməli müqəddəs insan anlayışı dində və fəlsəfədə fərqli yolçuluqlar hesabına əldə olunsa da, nəticə eynidir: mümkün qədər heç kimə, heç nəyə zərər verməmək hissinin formalaşması – ülvilik məqamı. Fəlsəfədə müqəddəslik anlayışı mütləqdir, dində isə bu məqam dini fəlsəfənin təcrübədən asılı olmayan nəzəriyyəsi hesabına əldə olunur. Qəbul edilən, yaxud edilməyən qaydaları ülvilik xatirinə bilərəkdən rədd etmək müqəddəs olmaq anlamına gəlməz, müqəddəslik ehtiyacı yox kimi qarşılamaq keyfiyyətidir, yəni müqəddəslik ehtiyacsızlıqdır, ehtiyacların bilərəkdən inkar edilməsi deyil. Mən bu barədə özümün “İdraki vəcd nədir?” kitabımın 23-cü səhifəsində belə yazmışam: “Ülvilik məqamına yetişmək üçün az yemək, oyaq qalmaq vasitə ola bilməz, amma ülvilik hissi az yemək, oyaq qalmağa vasitəsiz vasitədir. Nədənsə bunların yerini dəyişik salırlar”.

Fəlsəfə hansısa sirrə vaqif olmaq istəyindən başlayır, din isə əxlaq qadağasıdır və onun vəzifəsi insani keyfiyyətlər çoxluğunun böyüyüb təkmilləşməsi işinə xidmət etməkdir. Din adamı hazır yolla irəliləyir, çətinlik təcrübədən

Yüklə 28,94 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin