Fyuçers birjası yeni birja aktivi hesab olunur. Fyuçers birjası kontraktında hər hansı bir aktiv dayanır. Burada kontrakt birja əmtəəsinin gələcəkdə müəyyən vaxtda göndəriləcəyi ilə bağlıdır. Bununla əlaqədar olaraq ticarətin kompyuterləşməsi və avtomatlaşdırılması prosesi imkanının səviyyəsi daim artır. Əslində bu ticarət birjasının klassik əlamətlərini inkar etməyi ifadə edir. Elmi-texniki tərəqqi, elektron hesablama texnikasının inkişafı, yeni rabitə vasitələri birja ticarətini dünyanın bütün ölkələri üçün vahid bir sistemə salır, bütün sutka ərzində fəaliyyət göstərir.
Birja fəaliyyətinin kompyuterləşdirilməsi birja ticarəti ilə birjadan kənar ticarətinsərhədini silir. İnformasiya ədəbiyyatlarında göstərilir ki, hazırda inkişaf etmiş ölkələrdə 54 məmulat növü üzrə əməliyyat aparan 150 fyuçers birjası vardır. Onun dövriyyəsi ildə 3 trilyon ABŞ dolları qədərdir.
Ölkələr üzrə onun bölgüsü təqribən belədir: ABŞ-ın payı 85%, İngiltərənin payı 8%, Yaponiyanın payı isə 6%.
Opsion – müəyyən vaxtlarda, yaxud momentlərdə qiymətli kağızların şərtləndirilmiş qiymətlərlə əldə edilməsi və satılması hüququ; iki tərəf arasındakı imtiyazlı sazişdir. Bir tərəf digər tərəfə öz maliyyə vəsaitini satmaq və ya almaq hüququ verir. Alqı-satqı üzrə saziş bağlayan tərəflər öz üzərinə müəyyən öhdəliklər götürürlər.
Ən məhşur opsion birjası Avropada Amsterdamda yerləşir. Bu birjanın gəlir mənbəyi opsion olan müştərilərin mükafatları hesab olunur.
Fraxt birjası. Bəzi iqtisadi ədəbiyyatda, məsələn, «Экономическая энциклопедия»da (4, səh.105) deyilir ki, fraxt birjası daim fəaliyyətdə olan gəmilərin bazarıdır. Bu regional, beynəlxalq əmtəə və ya digər əlamətlər üzrə təşkil olunur. Bunlarda tonnaja tələb və ona təklif haqqında, fraxt stavkası (dərəcəsi), fraxtlaşma və s. barədə bütün informasiyalar təmərküzləşir.
Beynəlxalq əhəmiyyətli fraxt mərkəzi Londonda yerləşir. Bundan başqa fraxt birjaları Hamburq, Keniya, Tokioda, Honkonqda, Nyu-Yorkda da vardır. Adətən fraxt birjaları məhdud məsuliyyətlə fəaliyyət göstərirlər.
Fraxt birjası yüklərin və sərnişinlərin daşınması üzrə dəniz nəqliyyatının beynəlxalq ticarət xidmətində müxtəlif formalarda olurlar.
Bazar iqtisadiyyatı inkişaf etmiş bəzi ölkələrdə universal birja deyilən birjalar da fəaliyyət göstərir. Bu birjalarda əməliyyatlar yalnız geniş dairə əmtəələrlə deyil, eyni zamanda valyuta, qiymətli kağızlar və habelə, fraxt müqavilələri üzrə də həyata keçirilir.
Qeyd etmək lazımdır ki,müasir birjaların, xüsusən əmtəə birjasının ən klassik formaları yarmarkalar və auksionlar şəklində mövcud olmuşdur. Bununla belə qeyd etmək lazımdır ki, ticarətin göstəri – klassik formaları bu gün də bazarın infraquruluşunda özünəməxsus əhəmiyyət kəsb edir.