Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi


Azərbaycan Respublikasında Birja fəaliyyəti



Yüklə 94,41 Kb.
səhifə13/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
referat 201

Azərbaycan Respublikasında Birja fəaliyyəti
Cədvəl 1




2000

2001

2002

2003

2004

Fəaliyyətdə olan birjaların sayı

3

4

6

6

5

İşçilərin siyahı üzrə sayı

34

59

81

91

73

Broker kantorlarının sayı

194

177

174

205

200

Keçirilən hərracların sayı

458

416

540

922

791

Bağlanan razılaşmaların sayı

2827

2812

1886

4216

4998

Birjaların dövriyyəsi, mlrd.manat

993.3

1152.5

1065.4

3745.2

5563.5

O cümlədən
İstehlak malları üzrə

1.3

0.2

0.6

0.9

-

İstehsal tex.-təyinatlı məhsullar üzrə

2.8

4.3

1.7

0.7

1.5

Qiymətli kağızlar üzrə

-

0.5

568.2

596.5

417.4

Valyuta əməliyyatları üzrə

835.8

994.8

576.0

3014.0

4898.4

Digərləri

153.4

152.9

118.9

133.1

246.2

Cədvəl 1-dən göründüyü kimi verilən illər ərzində olan göstəricilər həm artır, həm də azalır. Bağlanan razılaşmaların sayı, birjaların dövriyyəsi, valyuta əməliyyatları 2002-ci ilə qədər azalmışdırsa, artıq 2003-cü ildən sürətli inkişaf etməyə başlamışdır. Yerdə qalan göstəricilər isə nisbətən az fərqlə artmışlar.


İstehsal vasitələri bazarının predmetinə istehsalda birbaşa və yə dolayısı ilə iştirak edən bütün maddi-texniki obyektlər aid edilir. Buna görə də o, üç bazardan ibarətdir. Birincisi, istehsal binalarının və tikililərin alqı-satqısı bazarı; ikincisi, istehsal təyinatlı cihazlar, texnoloji avadanlıq, maşın bazarı; üçüncüsü isə məhsulun hazırlanması üçün xammal, material, yarımfabrikatlar, enerji bazarıdır. İstehsal vasitələri üzrə ticarət onları istehsal edən müəssisələr və ya mülkiyyətçilər, yaxud da ixtisaslaşdırılmış alqı-satqı təşkilatları, bazaları tərəfindən, yarmarkalar, auksionlar, əmtəə birjalarında aparılır.
Daşınmaz əmlak bazarı yaşayış evləri və torpaq bazarlarından ibarətdir. Yaşayış evləri bazarının funksiyası mənzil satışı ilə əlaqədardır. Mənzil alqı-satqısı – keçmiş sovet iqtisadiyyatı ilə müqayisədə yeni bir prosesdir. Burada mənzil sahələri əsasən dövlət və kooperativ mülkiyyətində idi və azad, sərbəst alınıb-satıla bilməzdi. Ancaq şəxsi evlərin və mənzillərin dəyişdirilməsi, alqı-satqısı mövcud idi.
Özəlləşdirmə və xüsusi məlkiyyətə keçid mənzillərin alqı-satqısını əhəmiyyətli dərəcədə genişləndirdi. Yaşayış evlərinin ticarəti ilə məşğul olan təşkilatlar meydana çıxdı, mənzillər və evlər auksion və birjalarda satış obyektinə çevrildilər.
Torpaq, təbii sərvətlər, faydalı qazıntılar bazarı Azərbaycanda formalaşma mərhələsindədir və onun bərqərar olması olduqca böyük çətinliklərlə əlaqədardır.
Torpaq və digər təbii sərvətlərə sovet iqtisadiyyatında, ümumiyyətlə, əmtəə-pul münasibətlərinin, alqı-satqının obyekti kimi baxılmırdı. Bununla əlaqədar praktiki olaraq qiymət mexanizmi mövcud deyildi, torpağa və təbii sərvətlərə qoyulan məsrəflərin uçotu qaydaya salınmamışdı, müxtəlif torpaqların nisbi dəyərliliyini nəzərdə tutan tam torpaq kadastrı işlənməmişdi.
Torpaq və təbii sərvətlər bazarının əmələ gəlməsi, bir qayda olaraq, belə bir bazarın fəaliyyətini tənzim edən qanunların və digər hüquqi-normativ sənədlərin işlənməsi və qəbulu ilə əlaqədardır.
Bu istiqamətdə Azərbaycanda müvafiq işlər aparılmışdır. İlk növbədə üç əsas qanun (Aqrar-sənaye kompleksində, kolxoz və sovxozlarda islahatlar haqqında və torpaq islahatı haqqında) , eləcə də 20-dən artıq normativ aktlar qəbul olunmuşdur. Milli Məclis tərəfindən Torpaq məcəlləsi hazırlanmış və təsdiq edilmişdir. Onun həyata keçirilməsində ilk addım kənd təsərrüfatı dövriyyəsində istifadə olunan torpaq sahələrinin özəlləşdirilməsidir. Bu məqsədlə, ancaq dövlət sərəncamında olan torpaqlar 3 kateqoriyaya bölünmüşdür – dövlət torpaqları, bələdiyyə torpaqları və aqrar-sənaye kompleksinin restrukturizasiyası proqramına uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar.
Daxili kənd təsərrüfatı bazarını ucuz, keyfiyyətsiz məhsulların müdaxiləsindən qorumaq və ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Respublika hökuməti istifadə olunan bütün əmtəə və xammal ehtiyatları üzrə idxalın strukturunu yenidən nəzərdən keçirmişdir. Nəticədə, hal-hazırda hökumətin bu həqda bir sıra normativ aktları hazırlanmışdır. Yerli istehsalı stimullaşdırmaq üçün idxal olunan texnoloji avadanlıqların və xammalın gömrük rüsumlarından azad olunması nəzərdə tutulur.
İslahatların digər istiqamətləri aqrar məhsul isthsalçılarına tətbiq olunan vergilərin dərəcələrinin aşağı salınması və istehsal xərclərinin azaldılması üzrə tədbirlər ola bilər.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin