İnvestisiya bazarı – xalq təsərrüfatının müxtəlif sahələrinə uzunmüddətli vəsait qoyuluşu formasında reallaşdırılan məsrəflərin məcmusudur. İnvestisiyalar dövlət, xüsusi müəssisələr, eləcə də xarici investorlar tərəfindən həyata keçirilir. Ancaq burada dövlət maraqlarının təmin olunması baxımından əsas məsələ kapital qoyuluşunun prioritet istiqamətlərinin müəyyən olunmasıdır. Odur ki, belə bir vacib məsələdə dövlətin investisiya siyasətinin əsasını təşkil edən hərtərəfli işlənmiş proqramı olmalıdır. Cədvəl 2-də Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına yönəldilmiş investisiyaların həcmi 2000-2005 ci illər üçün verilmişdir ( 10, səh.414)
Azərbaycan Respublikası iqtisadiyyatına qoyulan investisiyalar (mln. manatla) Cədvəl 2
2000
2001
2002
2003
2004
2005
Bütün mənbələr üzrə investisiya qoyuluşları mln.manat
1289.8
1454.5
2718.0
4249.2
5820.4
6309.1
Xarici investisiyalar mln.manat
829.5
1016.8
2172.0
3310.9
4496.4
4204.2
Daxili investisiyalar mln.manat
460.3
437.7
546.0
938.3
1324.0
2104.9
Cədvəl 2-dən göründüyü kimi 2001-ci ildə daxili investisiya 2000-ci ilə nisbətən azaldığı halda növbəti illərdə böyük templə artmışdır. 2005-ci ildə bu artım daha çoxdur. 2005-ci ildə xarici investisiya daxili investisiyadan fərqli olaraq azalmışdır. Bu onu göstərir ki, Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında daxili investorların sayı artmaqdadır.