Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi



Yüklə 94,41 Kb.
səhifə19/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 201

Qiymətləndirmə bazarı. Müasir şəraitdə qiymətləndirmə bazarının rolu və əhəmiyyəti artır. Ona görə də dövlət qiymətləndirmə xidmətinə alternativ olaraq, yeni kompaniyalar, firmalar və digər strukturlar meydana çıxır. Bu strukturların rolu hal-hazırda müəssisələrin səhmləşdirilməsi və özəlləşdirilməsi zamanı meydana çıxır.
Buna baxmayaraq, əmlakın mövcud qiymətləndirmə mexanizminin bir sıra çatışmazlıqları vardır, xüsusilə dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı. Belə ki, mövcud qiymətləndirmə mexanizmi bazar konyukturunu nəzərə almaqla əmlakı obyektiv qiymətləndirməyə imkan vermir.
25 iyun 1998-ci ildə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu bu istiqamətdə işləri yaxşılaşdırmağa kömək etdi və mövcud boşluqların yerini doldurdu.
Qanunun qəbulundan sonra 1998-ci ilin axırında Azərbaycan Qiymətləndirənlər Cəmiyyəti də təsis edilmişdir. Onun əsas vəzifəsi bu istiqamətdə işlərin təşkil olunması, respublika ərazisində əmlakın müxtəlif növlərinin qiymətləndirmə bazarlarının yaradılması, metodik materialların və proqramların, eləcə də mütəxəssis qiymətləndirənlərin hazırlanmasıdır.
Ancaq hələlik bu məsələlər yaranma mərhələsindədirlər.
Konsaltinq bazarı. Onu tez-tez konsaltinq menecmenti və ya idarəetmə məsləhətləşməsi də adlandırırlar. O, bazar infrastrukturunun vacib elementidir və onun intensiv inkişafından bütövlükdə iqtisadiyyatın vəziyyəti asılıdır.
Konsaltinq xidməti bazarı tutumlu və müxtəlif istiqamətlidir. Azərbaycanda hələlik o tam formalaşmamışdır.
Hazırda özəlləşdirmə, maliyyə-kredit, vergi və yığımlar və s. ilə bağlı olan məsələlərin aktuallaşması ilə əlaqədar olaraq problemin spektri əhəmiyyətli dərəcədə genişlənmişdir.
Bu gün Azərbaycanda müəssisə və təşkilat rəhbərləri məsləhət verənlərə əsasən böhran anlarında, meydana çıxan problemləri öz gücü ilə həll etmək imkanına malik olmadıqda müraciət edirlər. Müəssisə və təşkilatların ən çox yayılmış tələbləri aşağıdakılardır:
-restrukturizasiya;
-mülkiyyət formalarının transformasiyası şəraitində yeni idarəetmə metodlarına keçid;
-müəssisənin məhsuluna olan tələbin marketinq tədqiqi;
-səhmdar cəmiyyətlərinin yaradılmasında korporativ idarəetmə və kontragentlərlə, vergi idarələri, gömrük xidmətləri ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi məsələləri üzrə məsləhətin verilməsi;
-inflyasiya şəraitində müəssisənin maliyyə vəziyyətinin diaqnostikası və onun yaxşılaşdırılması üzrə məsləhətlər verilməsi.
Konsaltinq, hələlik biznesin aparılması üçün zəruri elementə çevrilmədiyinə görə, yerli müəssisə rəhbərləri ona yalnız çarəsiz qaldıqda müraciət edirlər. Bundan başqa, sifarişçilər xidmətin çox böyük dəyərə malik olmasına baxmayaraq, daha yüksək ixtisasa malik, ən başlıcası isə, sanballı imici olan xarici məsləhətçilərə üstünlük verirlər. Ancaq qeyd etmək lazımdır ki, bir çox xarici konsaltinq firmaları yerli iqtisadiyyatın xüsusiyyətlərini zəif bilirlər və onların tövsiyyələri daha çox nəzəri xarakter daşıyır, müvafiq olaraq da bu cür məsləhətlərin səmərəsi çox aşağı olur. Əsasən xarici şirkət və korporasiyalarla işləyən “Ernst end yanq” və “Prays Uoterhaus” kimi konsaltinq firmaları istisna təşkil edirlər.
Eyni sözü bizim konsaltinq firma və şirkətlər haqqında da demək olar. Onlardan bir çoxları xidmət növləri üzrə ixtisaslaşırlar. Bizim konsaltinq firmalarının böyük bir hissəsi əslində ticarət-vasitəçi fəaliyyəti ilə məşğul olurlar.
Ölkəmizin konsaltinq bazarı tələbin aktiv formalaşması üzrə xüsusi tədbirlərin işlənməsini zəruri edir. Hər şeydən əvvəl konsaltinq biznesinə dövlət yardımı lazımdır. Buraya Azərbaycanda konsaltinqin ümummilli inkişaf proqramının işlənməsi və tətbiqi də daxildir.
Azərbaycanda bazar infrastrukturu hələ də inkişaf edir.Yəqin ki, yaxın gələcəkdə bazarın bütün ünsürləri yaranaraq özünün yüksək inkişaf səviyyəsinə çatacaq.
N ə t İ c ə

İşlə tanış olduqdan sonra aşağıdakı nəticələrə gəlmək olar:


1.Bir çox alimlər və praktiklər bazar infrastrukturu ilə iqtisadiyyatın infrastrukturunu qarışıq salırlar. İqtisadiyyatın infrastrukturu dedikdə, sənaye, kənd təsərrüfatı, tikintiyə və s. xidmət göstərən təsərrüfat sahələrinin kompleksi başa düşülür. Lakin çalışdım ki, son ədəbiyyatlardan, məlumatlardan istifadə edərək bazar infrastrukturu haqqında düzgün və ətraflı məlumatları nəzərinizə çatdırım. Son illər bu mövzu daha çox öyrənildiyindən əldə etdiyim materiallar əvvəlkilərlə müqayisədə daha ətraflı və qərəzsizdir.
2.Ümumiyyətlə götürdükdə başa düşmək lazımdır ki, heç bir sistem onun dayaqları, köməkçi qurumları olmadan fəaliyyət göstərə bilməz, necə ki, bazar iqtisadiyyatı. Aydındır ki, ali və orta ixtisas məktəbləri olmadan təhsil sistemi; körpülər, dəmir yolları, kanallar olmadan nəqliyyat qovşağından söhbət gedə bilməz və s. Odur ki, bazar iqtisadiyyatının da mövcud olması üçün ilk növbədə onun fəaliyyəti üçün şərait yaradılmalıdır. Bunun üçün də, bazar infrastrukturunun bütün ünsürlərinin fəaliyyət göstərdiyi ölkədə bazar iqtisadiyyatı inkişafının ən yüksək zirvəsinə çatır. Bu sadaladıqlarımızdan belə çıxır ki, bazar infrastrukturu əhəmiyyəti bazar iqtisadiyyatında həddsiz dərəcədədir.
3.Bazar infrastrukturunun ünsürlərinin mahiyyətini bilmədikdə, onların nə vaxt, necə istifadə edildiyi haqqında məlumat olmadıqda yenə də onun əhəmiyyətini başa düşmək olmaz. Çünki bazar infrastrukturunun funksiyaları məhz onun tərkib hissələrinin yerinə yetirdikləri funksiyalarla ölçülür.
4.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində aparılan tədqiqatlar bunu göstərir ki, bazar infrastrukturu - əmtəə və xidmətlərin istehsalçıdan istehlakçıya azad hərəkətini təmin edən bir-birilə qarşılıqlı əlaqədə olan ayrı-ayrı sərbəst bazarların və idarəetmə strukturlarının məcmusudur.
Bu gün Azərbaycanda bazar infrastrukturunda bütün sərbəst bazarlar hələ fəaliyyət göstərmirlər. Onlardan bir neçəsi inkişafın ilkin mərhələsindədir, digərləri isə ümumiyyətlə, fəaliyyət göstərmirlər. Buna görə də onların formalaşması və inkişafı hazırda baş verən köklü dəyişikliklərə yxınlaşmağa imkan verəcəkdir.
Bazar infrastrukturunda əsas rol pul, kredit və qiymətli kağızlar bazarından ibarət olan maliyyə bazarına məxsusdur. Əgər pul və kredit bazarları Azərbaycanda müəyyən qədər inkişaf etmişdirsə də, qiymətli kağızlar bazarı yeni formalaşır. Onun formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin xüsusi rolu vardır.
Bazar infrastrukturunun mexanizmində investisiya bazarı xüsusi yer tutur. Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələri neft sahəsinə nisbətən zəif inkişaf etmişdir. Bu bütün bazar infrastrukturunun inkişafına böyük ziyan vurur.
Xarici investorların rolunu inkar etmədən, yerli kreditlərə də müəyyən qədər fikir vermək lazımdır. Son illərdə onlar kəmiyyətcə artmışdır, ancaq onların rolu keyfiyyətcə hələlik hiss olunmur. Onların artımı da qısamüddətli kreditlər hesabına təmin olunmuşdur.
Sığorta bazarının da yerini xüsusi qeyd etmək lazımdır. 50-dən çox sığorta şirkəti fəaliyyət göstərsə də, onların əksər hissəsi çox az nizamnamə kapitalına görə, sərbəst şəkildə iri riskləri öz üzərinə götürmək imkanına malik deyillər.
Respublika iqtisadiyyatını canlandırmağa qabil olan spesifik bazarlardan biri də lizinq bazarıdır. Bir çox inkişaf etmiş ölkələrdə avadanlığın lizinqi investisiyaların ümumi həcmində 20-30% xüsusi çəkiyə malikdir. Lakin “Azərlizinq” sərbəst şəkildə bir çox məsələləri həll edə bilmir. Buna görə də ona dövlətin dəstəyi lazımdır.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin