Kursun məqsədi


Süxurların xüsusi elektrik müqaviməti və onların müxtəlif amillərdən asılılığı



Yüklə 0,75 Mb.
səhifə2/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   2   3   4   5   6   7   8   9   ...   45
Kursun m qs di

Süxurların xüsusi elektrik müqaviməti və onların müxtəlif amillərdən asılılığı


Süxurlar ayrı-ayrı bərk mineral dənəciklərin kombinasiyalı yığımından və bu yığımların aralarındakı boşluqları dolduran lay flüidindən ibarətdir. Mineralların xüsusi müqaviməti mində bir Omm-dən milyonlarla Omm-dək dəyişilir. V.N. Daxnov xüsusi müqavimətin qiymətinə görə mineralları yeddi sinifə ayırır. Təbiətdə daha çox yayılmış mineralların təsnifatı və onların xüsusi müqaviməti


Mineralların xüsusi müqavimətinin geniş hüdudda dəyişməsi əlverişli amil kimi elektrik üsulları ilə süxurların tədqiqinə imkan verir. Nəzərə almaq lazımdır ki, neft və qaz yataqlarının əksəriyyəti çökmə süxurlarda formalaşır. Çoküntü kompleksində karbonat və çökmə süxurları təşkil edən süxurtörədən minerallardan kvars, kalsit, çöl şpatı, anhidrid, halit və digərlərinin xüsusi müqavimətləri çox böyükdür.
Bununla yanaşı çökmə süxurlardan: gillərin, qumların, qum daşlarının, alevrolitlərin, qravelitlərin, əhəngdaşlarının, dolomitlərin xüsusi müqavimətləri 10-1-dən 104 Omm-dək dəyişir ki, bu göstərici süxurtörədən mineralların dənəciklərinin xüsusi müqavimətindən bir neçə dəfə kiçikdir. Belə bir fərq süxurun ikinci komponenti olan lay flüidinin təsirindən yaranır. Süxurların məsamələri adətən lay suları ilə doymuş olur və onların ümumi qatılığı 250 kq/m3-ə çatır.
Lay sularının xüsusi müqavimətini QP diaqramlarına görə təyin etmək olur. Lakin, daha dəqiq məlumat quyuların sınanılması prosesində götürülmüş lay suyu nümunəsini analiz etməklə alınır. Bu halda lay suyunun xüsusi müqavimətini adətən laboratoriya rezistivimetri ilə ölçməklə təyin edilir, yaxud da lay suyunun temperaturunun və kimyəvi tərkibinin məlum qiymətlərinə görə hesablanılır.


Elektrik karotajının zondları


Elektrik karotajında quyuya buraxılan qurğu zondlar adlanır. Qeyd etdiyimiz kimi bu zondlar elektrodlardan təşkil olunur. Elektrodlar da öz növbəsində iki yerə ayrılırlar: cəriyan və ölçü elektrodları.


Zondlar formasına görə nöqtəvi və çubuqavri olurlar. Nöqtəvi elektrodlu zondlar yan karotaj zondlaması, mikro və s. karotajlarda istifadə edilir. Çubuqvari zondlar indiksion karotajında, yan karotajında, dielektirk karotajında və s. istifadə edilr.
Zondlarda yerləşən elektrodların xüsusiyyətlərinə görə onlar qradient və potensial zondlara bölünür. Potensial zondlar o zonda deyilir ki, cüt elektrodlar arasındakı məsafə tək elektrodla ona ən yaxın cüt elektrod arasındakı məsafədən dəfələrlə böyük olsun və aşağıdakı şərt ödənilmiş olsun:



UMN
UM
J 1 4 AM
(2.1)

Qradient zond potensial zondun əksinədir və aşağıdakı şərt ödənilir:




UMN E
MN (2.2)

Adi elektrik karotajında iki və üç elektrodlu zondlardan istifadə edilir. Qanunu olaraq elekrodlar quyu oxuna paralel düz xətt üzərində yerləşdirilir.



İkielektrodlu zond bir cəriyan (A) və bir ölçü (M) elektrodlarından ibarətdir, qalan iki elektrodlar (B və N) digər iki elektroddan çox uzaqda yerləşdirilir.
Üçelektrodlu zond bir cəriyan (A) və iki ölçü (M və N) və yaxud əksinə olurlar. Dördüncü elektrod (B və ya N) çox uzaqda yerləşdirilir. Cəriyan (A və B) və ya ölçü (M və ya N) elektrodları cüt elektrodlardır, onların başqa cür birlikləri isə qoşa olmayanla adlanırlar.
İkielektrodlu zondlarda tək elektrodlar (A və M) bir-birindən yaxın məsafədə yerləşdirilir və onlara potensial zondlar, üçelektrodlu zondlarda isə cüt elektrodlar arasındakı məsafə kiçik götürülür. Bu cür zondlara qradient zond deyilir.
Nzəri olaraq potensial zond simmetrik zonddur, çünki qarşılıqlıq prinsipinə əsasən A və M elektrodlarının yerlərini öz aralarında dəyişdirmək olar.
Qradient zondlarda yaxınlaşdırılmış elektrodlar arasındakı məsafə nəzəri olaraq sıfra yaxınlaşan qəbul edilir.
Qradient zondun cüt elektrodları tək elektrodlardan yuxarıda yerləşmiş olarsa, bu cür zond tavan qradient zondu, əks halda isə daban qradient zondu adlanvr.
Tək elektrod cəriyan elektrodu olarsa, zond bir qütbülü, cüt elektrodlar cəriyan elektrodları olduqda isə iki qütbülü adlanırlar.
Yaxınlaşdırılmış elektrodlar arasındakı məsafənin yarısına aid və adətən «O» ilə işarə edilən nöqtə zondun ölçü nöqtəsi adlanır.
Elektrodlar çevrilmi və ya ardıcıl olurlar: cəriyan elektrodları yuxarıda yerləşirsə bu ardıcıl zondlar adlanır, aşağıda yerləşirsə çevrilmiş adlanır.

A

N

M

B




A




N

M




B




O Х




O




O







O










M




A




M







A









Potensial zonda və qradient zondun müxtəlif növlərinə aid olan nümunələr şəkil 2.1.-də verilmişdir.









Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin